AMEA-nın Təcrübə-Sənaye zavodu xəritədə

AMEA-nın Təcrübə-Sənaye zavodu

Bakı, Əhmədli qəsəbəsi, Xətai rayonu, 622/9 AZ1032 *** 2 səs

AMEA-nın Təcrübə-Sənaye zavodu haqqında

1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental Bazası əsasında yaradılmış Təcrübə-Sənaye zavodu (TSZ) Milli Elmlər Akademiyasında, o cümlədən Respublikada bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji prosesAlərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarıması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalı və satışından ibarətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının TSZ

Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik yağları (M-10Q2, M-14V 2, M-16V 2 və s.), transmissiya yağları (niqrol), KC-19 kompressor yağı, MQ-Az-10A hidravlik yağı (AMQ-10 hidravlik yağının analoqu), iqnol, ox yağı, plastik sürtkü materialları (solidol, litol-24, siatim-201, qrafit yağlayıcı, kanat sürtküsü və s.), superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri (çox funksiyalı poliefiruretan lakı), hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s. neft kimya profilli məhsullar istehsal edilir.

AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 ¹-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye zavodunun Respublikanın müxtəlif Elmi-Tədqiqat və Təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir.