Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xəritədə

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

Sumqayıt, Nizami küçəsi, 16/1 AZ5000 *** 0 səs

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi haqqında

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yaradılması

Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə Sumqayıt şəhərində Sumqayıt Yerli İqtisad Məhkəməsi təşkil edilmişdir.Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayı artırılmış və Sumqayıt Yerli İqtisad Məhkəməsi üzrə 2 hakim vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə Bəşirov Çingiz Adil oğlu Sumqayıt Yerli İqtisad Məhkəməsinin hakimi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2008-ci il tarixli Sərəncamı ilə Bəşirov Çingiz Adil oğlu Sumqayıt Yerli İqtisad Məhkəməsinin sədri, Məmmədov Zaur İkram oğlu isə Sumqayıt Yerli İqtisad Məhkəməsinin hakimi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 15 iyul 2010-cu il tarixli Fərmanı ilə Sumqayıt Yerli İqtisad Məhkəməsinin əsasında (bazasında) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2010-cu il tarixli Sərəncamı ilə inzibati-iqtisadi məhkəmələrin təşkili ilə əlaqədar Sumqayıt Yerli İqtisad Məhkəməsinin hakimləri Bəşirov Çingiz Adil oğlu, Məmmədov Zaur İkram oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimləri, həmin sərəncamla Bəşirov Çingiz Adil oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilmişlər.

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə Cəmilova Xəyalə Adil qızı, Quliyev İsmayıl Rza oğlu və Pirverdiyev Zaur Rafiq oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimləri təyin edilmişlər və bu sərəncam 2011-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli 310 nömrəli Fərmanı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu.