Sumqayıt Kimya Sənaye Parkı xəritədə

Sumqayıt Kimya Sənaye Parkı

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1025 *** 1 səs

Sumqayıt Kimya Sənaye Parkı haqqında

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında məqsəd:

  • ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq;
  • bu sahədə sahibkarlığı dəstəkləmək;
  • qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;
  • əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

Paytaxt Bakıdan 32,5 km məsafədə yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının Baş Planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.Müasir üslubda dizayn edilmiş və 21 hektar təşkil edəcək Sosial zonada Parkın rezidentləri üçün böyük imkanlar yaradılacaq. Burada 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.

Cənubi Qafqazın ilk kimya sənaye parkı SKSP-nin əsas hədəfləri

  • Qafqaz və Orta Şərq regionunda kimya-sənaye mərkəzinə çevrilmək;
  • Yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq;
  • Ölkədə innovativ və yüksək texnoloji istehsalı və bu sahədə sahibkarlığı genişləndirmək;
  • Qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq;
  • İnvestorlar üçün geniş imkanlar məkanı olmaq;
  • Kimya sənayesində innovativ və yüksək texnoloji istehsalın əsas mərkəzinə çevrilmək;
  • Regionda kimya sənayesi məhsullarının əsas təchizatçısına çevrilmək;
  • “Araşdırma və inkişaf” işinin təşkili, biznes inkubatorların yaradılmasıdır.