SOCAR Polymer xəritədə

SOCAR Polymer

Bakı, Səbail rayonu, Nizami küçəsi, 1/3 AZ1000 *** 1 səs

SOCAR Polymer haqqında

SOCAR Polymer şirkəti SOCAR ilə ölkə sənayesində mühüm iştirakçılar olan Paşa Holding, Azərsun Holdinq və Gilan Holdinq arasında yaradılmış birgə müəssisədir. SOCAR Polymer layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. SOCAR Polymer şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 16 iyul 2013-cü il tarixində yaradılmışdır. Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilməkdədir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır.

Sumqayıt Kimya Sənaye Parkı

Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. Şirkətimizin iki qurğusu hər il 180 000 ton polipropilen və 120 000 ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcəkdir. Hal-hazırda, Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bizim layihəmizin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaqdır. SOCAR Polymer layihəsinin icrası Azərbaycan iqtisadiyyatının bir sıra mühüm sektorlarında multiplikasiya effekti yaradacaq və bununla, böyük sayda iş yerləri yaranacaqdır.