Slavyanka 1 xəritədə

Slavyanka 1

Bakı, Nərimanov rayonu, Ziya Bünyatov prospekti, 20/61 AZ1000 *** 1 səs

Slavyanka 1 haqqında

“Slavyanka 1” markalı suyu təmiz bulaq suyudur. Bu təmiz bulaq suyu xüsusi borular vasitəsilə hovuza toplanır. Su hovuzda dincəldikdən sonra kömür (tozağacı), qum, mexaniki filtrlər sistemindən, ultrabənövşəyi şüalanmadan keçərək ozonlaşdırılır və qablaşdırmaq üçün hazır vəziyyətə gətirilir. Bu texnologiyanın tətbiqində əsas məqsəd, bulaq suyunun özünəxas xüsusiyyətlərini və minerallığını qoruyub saxlamaqdır. Mənbədən və istehsala hazırlanmış suyun laborator analızləri və keyfiyyət nəzarəti qrafik əsasında aparılır. Bütün qeydiyyatlar arxivləşir. Pet taranın şişirdilməsindən qablaşdırmaya kimi olan proses avtomatik olaraq insan əl dəymədən faktoru olmadan yerinə yetirilir. Bu proses 19 litrlik balonların dolumu və qablaşdırılmasında da tətbiq olunur. “Slavyanka 1” markalı suyunun üstünlüyü onun codluq göstəricilərinin aşağı olmasıdır, yəni yüngül su olmasıdır. Gədəbəy “Slavyanka 1” markalı suyunun pH-ı 8,2 olduğuna görə bu su insanlarda piylənmənin qarşısını alır, antioksidant təsirə malikdir. Bu suyun fiziki və kimyəvi tərkibi içməli suyun normalarına tam uyğundur. Gədəbəy “Slavyanka 1” markalı suyunun minerallığı 0,7; codluğu 3,8-dir. Suyun mənbəyi: Gədəbəy rayonu, Slavyanka kəndi, “Novlu” bulaq