Şirvan Şəhər İcra Hakimiyyəti xəritədə

Şirvan Şəhər İcra Hakimiyyəti

Rəsulzadə küçəsi, Şirvan AZ1800 *** 0 səs

Şirvan Şəhər İcra Hakimiyyəti haqqında

Bu gün Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir.Şirvan Bakı şəhərindən cənub qərbdə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolu, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan, Hacıqabul rayonları ilə həmsərhəddir.

Şirvan şəhərinin tarixi

Keçmiş Əli Bayramlı (indiki Şirvan) şəhəri əvvəllər “Qırxçıraq”, “Zubovka” deyilən kiçik yaşayış sahəsindən “Papanin” adlandırılan dəmiryolu stansiyasından rayon mərkəzinə çevrilmişdir. 8 avqust 1930-cu il tarixdə Azərbaycan KP MK-si Əli Bayramlı ərazi vahidinin-rayonun yaradılması barədə qərar qəbul etmişdir. Rayonun tərkibinə 101 yaşayış məntəqəsi, kənd, oba, qəsəbə və şəhər daxil edilmişdir. 1963-cü ildən isə Əli Bayramlı rayonu ləğv edilərək respublika tabeli şəhərə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmış, Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2 qədər genişləndirilmişdir.

1960-cı illərdə yeni yaşayış massivi «təzə şəhər»də yaşayış, sosial obyektlərin tikintisinin aparılması, geniş prospekt və küçələrin salınması, yaşıllaşdırma işləri, istifadəsiz torpaq sahələrində böyük bir istirahət parkının salınması şəhərin görkəminin kökündən dəyişməsinə səbəb olmuşdur.Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.