Sirab xəritədə

Sirab

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 106 AZ1000 *** 1 səs

Sirab haqqında

Bu gün Odlar yurdu Azərbaycanın məşhur və sevilən suyu olan “Sirab”a istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bu qədər tələbatın olması məhz onun keyfiyyəti ilə bağlıdır. Hansı ki, “Sirab” ASC-nin də başlıca amalı insanların, xüsusilə də uşaqların təmiz, keyfiyyətli su ilə təmin edilməsi üçün əlindən gələni etməkdir.

Sirab suyu haqqında

“Sirab”ın mənbəyi onun istehsal edildiyi zavoddan təqribən3 kmaralıda, dəniz səviyyəsindən 1258 metr yüksəklikdə olan dağlarin arasinda, təpələrin ardında, Kəlbəağıl vadisində yerləşir....İndi sizlərə suyun hazırlanmasını qısa şəkildə izah etmək istəyirik… Su həmin mənbədən pas atmayan boru vasitəsilə zavoda daxil olur...Burada su 4-8 dərəcə soyudulduqdan sonra istehsal üçün sexlərə verilir. Bu sexlərdə su qablaşdırılmazdan əvvəl bir süzgəclərdən süzülərək, ultra-bənövşəyi şüalar adlanan qurğudan keçir. Bu, suyun tərkibində hər hansı mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir və bununla da mineral suyun hazırlanması başa çatır.

Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirməkdədir. Bu səbəbdəndir ki, günü-gündən “Sirab”a olan diqqət artır, dünyanın müxtəlif ölkələri bu suyu ixrac etmək üçün maraq göstərirlər. Çünki, onun “hər damlasında həyat var!

Sirab mineral zavodu

Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığın inkişaf etdirilməsi üçün böyük əməyi olmuşdur. Bunun nəticəsidir ki, “Sirab” mineral su zavodu Naxçıvan MR, İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə 14 iyul 2003-cü ildə Açıq Səhmdar Cəmiyyətinə çevirilmişdir. Babək “Sirab“ ASC-nə çevrildiyi ilk gündən zavodda təmir - tikinti işlərinin layihə smeta sənədləri hazırlanmış və demək olar ki, nəzərdə tutulmuş işlər 100% yerinə yetirilmişdir. Zavod Səhmdar Cəmiyyətə çevrildikdən sonra zavodda yenidənqurma işləri aparılmış, sex binası, inzibati bina, köməkçi sexlər təmir və ya bərpa edilmişdir. Babək “Sirab” ASC-i bir sıra Avropa firmaları ilə əlaqə yaradaraq yeni, müasir avadanlıqlar almışdır.

Sirab mineral suyunun nailiyyətləri

Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyimiz "Sirab" mineral suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb oldu. Belə ki, "Sirab" ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində "Biznesdə Yüksək Keyfiyyətə görə" Qızıl medalına layiq görülüb. Əməyimizin belə yüksək qiymətləndirilməsi bizi daha yeni uğurlara ruhlandırır.Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011"sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində "Sirab"mineral suyu Qızıl medala layiq görülmüşdür.Bu da bizim gələcək uğurlarımızın təməlidir.