Salyan Rayon İcra Hakimiyyəti xəritədə

Salyan Rayon İcra Hakimiyyəti

Təbriz Xəlilbəyli, Salyan, 136 AZ5200 *** 0 səs

Salyan Rayon İcra Hakimiyyəti haqqında

Salyan — Azərbaycan Respublikasında şəhər,Salyan rayonunun inzibati mərkəzi.Salyan 1915-ci ildə şəhər statusu almışdır.Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir.Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir.Rayonda 16 yaşayış məntəqəsi var.

Salyanın tarixi

Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.

Salyan hələ XIII əsrdə diqqəti cəlb edəcək dərəcədə böyük yaşayış məntəqəsi olmuşdur. Nə vaxtdan salındığı dəqiq məlum deyil. Lakin bir məntəqə kimi XV əsrin ortalarına aid edilir. Şirvanşahların Muğan, Təbriz, İran şəhərləri ilə ticarət əlaqələri Salyandan keçmişdir. XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçmişdir. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılırdı. XVIII əsrdə Salyanda Zərbxana olmuş və burada gümüş, mis pullar kəsilmişdir. 

Respublikamız müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Salyanın sosial-iqtisadi həyatı getdikcə inkişaf etməyə başlayıb. Son illərdə Salyanda sosial obyektlər tikilib istifadəyə verilmiş, vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Müasir Salyan planlı, 53 küçəsi olan abad şəhərdir.