Peşəkar Hazırlıq Üzrə Beynəlxalq Mərkəz xəritədə

Peşəkar Hazırlıq Üzrə Beynəlxalq Mərkəz

Bakı, Yasamal rayonu, İzmir küçəsi, 7A AZ1000 *** 1 səs

Peşəkar Hazırlıq Üzrə Beynəlxalq Mərkəz haqqında

Occupational Training International, Oman Sultanlığında yerləşən beynəlxalq şirkətin Azərbaycandakı filialıdır. Şirkət beynəlxalq miqyasda tanınmışdır və 1998-ci ildən etibarən neft və qaz sənayesi şirkətlərinin işçiləri üçün Təhlükəsizlik texnikası və Əməyin, Sağlamlığın və Ətraf Mühitin Mühafizəsinin tədrisi üzrə təlimləri, eləcə də Dənizdə sağ qalmaq təlimlərini uğurla təqdim edir.Bakı təlim mərkəzi neft və qaz sənayesi şirkətlərinin işçiləri üçün Təhlükəsizlik texnikası və əməyin mühafizəsi təlimi proqramlarının təqdim olunması sahəsində aparıcıdır.

Şirkətin fəaliyyəti

2000-cı ildən OTI (Bakı) Şirkəti The Oil & Gas Academy (OPITO) - Dəniz neft sənayesi üçün peşəkar hazırlıq üzrə təşkilatı tərəfindən müəyyən olunmuş standartlara uyğun olaraq, dənizdə təhlükəsiz fəaliyyətin əsaslarına giriş və fövqəladə vəziyyət hallarına hazırlıq üzrə təlimlərin (BOSIET), Dəniz qurğularında işçilər üçün qəza vəziyyətində fəaliyyət üzrə təkrar təlimin (FOET) və Batmaqda olan Helikopterdən Təxliyə üçün Hazırlıq təliminin (HUET) təqdim olunması üçün akkreditasiya və təsdiq edilmişdir. OTI şirkəti eləcə də OPITO tərəfindən təsdiq olunmuş aşağıdakı təlimlərı təklif edir:

  • Dəniz Qazma Qurğusunda Fövqəladə Vəziyyətlə Mübarizə üzrə Qəza Briqadasının üzvü
  • Dəniz Qazma Qurğusunda Fövqəladə Vəziyyətlə Mübarizə üzrə Qəza Briqadasının Rəhbəri
  • Helikopter Meydançasının əməkdaşı - Dəniz Qazma Qurğusunun Fövqəladə Vəziyyətlə mübarizə üzrə yanğından qəza-xilasetmə xidməti komandasının üzvü
  • İş yerlərində atmosferin keyfiyyətinin analizinin aparılması üçün cavabdeh, 1-ci səviyyə
  • Hidrogen Sulfid

OPITO tərəfindən təsdiq olunmuş təlimləri uğurla bitirmiş əməkdaşlar OPITO şirkətinin beynəlxalq məlumat bazasına daxil edilirlər.OTI şirkəti ABŞ Milli Təhlükəsizlik Şurasının (NSC US), Yanğın Təhlükəsizliyi Milli Assosiasiyasının (NFPA) və Təhlükəsizlik Texnikası Və Sağ Qalmaq Təlimləri üzrə Beynəlxalq Assosiasiyanın (IASST) üzvüdür.OTI şirkəti Dənizçilər Üçün Təlim Və Vaxta Növbətçiliyi Standartlari (STCW) üzrə Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən təstiqlənmış İMO model təlimlərini təklif edir.