Norveç Humanitar Müəssisəsi (NHM) Azərbaycanda fəaliyyət göstərən beynəlxalq QHT-dir. Bizim baxışımız, Əməkdaşlıq yolu ilə insanları gücləndirən və öz dəyərlərinə əsaslanan təşkilat olmaqdır. NHM-i 1996-cı ildən etibarən Azərbaycanda yardım və dəstək, bərpa və inkişaf fəaliyyəti ilə məşğul olmuşdur. Bizim bu günə qədər icra etdiyimiz çoxlu sayda yardım və inkişaf layihələri vasitəsilə göstərdiyimiz yardımın miqdarı 12 milyon ABŞ dolları həcmindədir. Bu gün NHM-si yeni iş yerlərinin yaradılması, bilik və bacarıqların artırılması və iqtisadi inkişafa dəstək verməklə Azərbaycandakı inkişaf işi sahəsində yaxından iştirak edir.
Biz əsasən yerli əməkdaşlarla işləməyə səy göstərir, layihənin icrası üçün ixtisaslaşmış Azərbaycan müəssisələri və yerli QHT-lərlə əməkdaşlıq edirik.Bizim təşkilatımızın qəlbi cəmiyyətin həssas qrupları ilədir.Layihələrimizin əksəriyyəti aztəminatlı ailələrə, yerli əhaliyə/azsaylı xalq qruplarına, məcburi köçkünlərə və əlverişsiz şəraitdə olan uşaq və gənclərə, o cümlədən ailələrdə və uşaq evlərində xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmişdir.
Norveç Humanitar Müəssisəsi Azərbaycan cəmiyyətində yaradılmış şəbəkəni yüksək qiymətləndirir və onu inkişaf etdirməyə davam edir. Biz yerli və milli qurumlarla əməkdaşlıq edərək işləməyə və təşkilatımızda əsas vəzifələrə azərbaycanlı heyət üzvlərinin təyin edilməsinə can atırıq.
Bacarıqların artırılması və təlimlər: Təlim və bacarıqların artırılması bizim fəaliyyətimizin əsas ünsürlərindən biridir. Biz heyətimizə ixtisaslaşdırılmış təlimlərlə yanaşı ümumi layihə planlaşdırılması vasitələri də daxil olmaqla mütəmadi olaraq təlimlər təklif edirik. Biz hədəf qruplar üçün də təlimlər təşkil edir və həmçinin benefisiarlarla işləyən yerli əməkdaşlarımıza öz heyətlərini təlimləndirmək səylərində yardım edirik.