Naxçıvan MR-nın Ağır Cinayətlər Məhkəməsi xəritədə

Naxçıvan MR-nın Ağır Cinayətlər Məhkəməsi

Naxçıvan MR, 49-cu məhəllə AZ7000 *** 0 səs

Naxçıvan MR-nın Ağır Cinayətlər Məhkəməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin yaradılması

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən bir sıra fərmanlar imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 352 saylı Fərmanı ilə Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətini 30 iyul 2007-ci il tarixində 3 hakimdən ibarət tərkibdə başlamışdır. 22 iyun 2010-cu il tarxili, 1043-IIIDQ №-li AR Qanunu ilə məhkəmənin adı dəyişdirilərək – Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi adlandırılmışdır. Məhkəmənin fəaliyyət sferası bütün Naxçıvan Muxtar Respublikasının ərazisinə şamil edilir.