Sabunçu bələdiyyəsi xəritədə

Sabunçu bələdiyyəsi

Bakı, Sabunçu rayonu, İlyas Aslanov küçəsi, Sabunçu, 5 AZ1034 *** 1 səs

Sabunçu bələdiyyəsi haqqında

Sabunçu bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərir.Sabunçu bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Sabunçu Rayonu 1992-ci ilə qədər Lenin rayonu adlandırılmışdır. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, “Stepan Razin qəsəbəsi” adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.

Bələdiyyələr haqqında

Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.Bələdiyyələrin say tərkibi "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. Bələdiyyə orqanları—səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.