Medeks xəritədə

Medeks

Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 11 B AZ1072 *** 4 səs

Medeks haqqında

2008-ci ildə Medeks MMC 2006-cı ildə fəaliyyətə başlamış Yoskos Co LTD şirkətinin rebrendinqi nəticəsində yaradılmışdır. Şirkət öz fəaliyyətini əsasən 3 istiqamətdə qurmuşdur:

  • Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması;
  • Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması;
  • Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması.

Medeks şirkətinin fəaliyyəti

Şirkət hal-hazırda dünyanın tibbi və kosmetoloji avadanlıqlar istehsal edən çoxsaylı şirkətləri ilə uğurla əməkdaşlıq edir. Medeks MMC-nin əməkdaşlıq etdiyi şirkətlərin təyinatları elə seçilmişdir ki, tibbin, kosmetologiyanın və laboratoriya sektorunun bütün sahələrini əhatə edə bilsin. Aparılan uğurlu marketinq siyasəti nəticəsində fəaliyyətdə olduğu qısa müddət ərzində Medeks MMC müştərilərin rəğbətini qazana bilmişdir. Şirkətin baş ofisində və satış məntəqələrində çalışan yüksək ixtisaslı satınalma və satış menecerləri, Ali texniki təhsilli mühəndislərin sayəsində müştərilərə vaxtında və keyfiyyətli xidmət göstərilir. Şirkət öz fəaliyyətində personalın təliminə ciddi fikir verir.

Burda çalışan həm texniki, həm də satış personalı vaxtaşırı olaraq müxtəlif xarici ölkələrdə öz ixtisaslarını artıra bilir və eləcə də, şirkətin dəvəti ilə ölkəmizə gələn çoxsaylı ekspertlərin təcrübəsindən faydalana bilirlər.Şirkət indiyədək 30-dan çox müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak etmişdir. Təqdirəlayiq haldır ki, bu müəssisələr təkcə ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həm də ölkəmizin bölgələrində də açılmışdır.

Medeks şirkətinin xidmətləri

Medeks MMC-nin nəzdində fəaliyyət göstərən servis departamenti, dünyanın bir çox ölkələrində təhsil almış və tədris keçmiş yüksək ixtisaslı texnik və elektron mühəndislərinin köməyi ilə sizin istifadənizdə olan tibbi, kosmetoloji və SPA avadanlıqlarının servisini, təmirini, dövri baxışını həyata keçirməklə, mərkəzinizin fasiləsiz fəaliyyətini təmin etmək imkanları ilə xidmətinizdədir.Departament texniki cəhətdən tam təchiz olunmuş ofis, çağırışlara operativ reaksiya vermək üçün nəqliyyat vasitələri ilə təmin olunmuşdur. Bu cəhətdən təmirə ehtiyacı olan cihazlar operativ olaraq həm yerində, həm də ofisə gətirilərək təmir edilir və təcili olaraq sahibinə təhvil verilir.

Digər tərəfdən cihazlarda yaranmış nasazlıqların xarakterindən asılı olaraq Medeks şirkəti Sizi lazımi ehtiyat hissələri, həmçinin yeni, daha müasir cihazlarla təmin etmək iqtidarındadır. Bu məqsədlə Medeks MMC-nin müvafiq şöbələri tibbi, laborator, kosmetoloji və SPA sahəsində meydana çıxan yenilikləri mütəmadi olaraq izləməklə yeni, müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiq edilməsi işini uğurla davam etdirir.Ümid edirik ki, xidmətlərimizdən istifadə etməklə Sizlər peşəkarlığımıza əmin olacaq və işlərimizin keyfiyyətindən məmnun qalacaqsınız.