İmişli Quşçuluq xəritədə

İmişli Quşçuluq

Kürdəmir-Biləsuvar yolu, İmişli AZ1000 *** 1 səs

İmişli Quşçuluq haqqında

“İmişli Quşçuluq” MMC 2003-cü ildə İmişli rayonunda fəaliyyətə başlamışdır. Cəmiyyətin təsisçisi Heydərov Əlif Heydər oğlu burada köhnə quş sexinin yenidən bərpası nəticəsində broyler toyuq əti istehsalı sahəsini yaratmışdır. Müəssisənin hazırda istehsal gücü ildə 2000 ton toyuq əti olmaqla, 11 ədəd quş bəsləmə sexi, yumurta istehsalı sexi və yem zavodundan ibarətdir. Cəmiyyət hazırda respublika əhalisini yüksək keyfiyyətli toyuq əti və yumurta ilə təmin edir. Ölkəmizdə həyata keçirilən regionların inkişafı üzrə Dövlət Proqramlarının başlıca vəzifələrindən biri ölkə əhalisinin yerli istehsal hesabına quşçuluq məhsulları ilə təminatıdır. Bu proqramlarda Azərbaycanın bir sıra bölgələrində toyuq əti və yumurta istehsalının bərpası, həmçinin ölkənin bəzi regionlarında yemçilik zavodlarının tikintisi nəzərdə tutulur.

İmişli Quşçuluğun fəaliyyəti

Quşçuluğun inkişaf etdirilməsinin ən vacib şərti kalorili yem bazasının yaradılmasıdır. Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində kənd təsərrüfatında tullantılardan çox böyük ehtiyac duyulan keyfiyyətli yemlər hazırlanır ki, bunlara da heyvandarlıqda və quşçuluqda böyük tələbat var. Ölkəmizdə dünya standartlarına uyğun olaraq tullantılardan yem istehsalının texnologiyasının tətbiq edilməsi quşçuluğun inkişafına böyük təkan olacaqdır.2008-2015-ci illərdə “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında qarşıya qoyulan əsas məsələlərdən biri də, quşçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, quşçuluq təsərrüfatlarının yaradılmasının və damazlıq materiallarının yetişdirilməsinin dəstəklənməsi, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli quşçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi kimi məsələlərdir.

İmişli Quşçuluğun istehsal imkanları

«İmişli Quşçuluq» MMC sexində hazırda ildə 2000 ton toyuq əti istehsal edir. Müəssisədə 15 milyon ədəd süfrə (qida) yumurtası istehsal edən yeni müasir sex binası, inkubator sexi, gündə 40 ton qarışıq yem istehsal edən yem dəyirmanı və anbar binası, müasir standartlara, baytarlıq və sanitar gigiyena qaydalarına tamamilə uyğun olan kəsim sexi və bağlama (qablaşdırma sexləri), yeni dünya texnoloji tələblərinə uyğun (Hollandiya, Türkiyə, Almaniya və s Avropa ölkələri) soyuducu, şoklama və saxlama anbarları, 600 ton tutumu olan yem anbarı, tullantılardan yem istehsal edən üyüdücü sex fəaliyyət göstərir. Müəssisənin işıqlandırma sistemi, elektrik generatoru, yüksək gərginlikli transformator, dizbaryerlər, hamam binaları tikilmiş, inzibati bina yenidən qurulmuş, ərazi asfaltlanmışdır. Hazırda müəssisədə 178 nəfərlik işçi heyəti çalışır. Quşçuluq təsərrüfatının istehsal sahələri müasir texnoloji tələblərə cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuşdur.