Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu xəritədə

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu

Bakı, Qaradağ rayonu, Salyan şossesi, 25 AZ1083 *** 1 səs

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu haqqında

Heydər Əliyev adın Bakı Dərin Özüllər zavodu ARDNŞ - nin strukturudur. Zavodun fundamental əsası 1978 – ci ildə qoyulmuşdur, halbuki 6 il sonra 1984 – cü ildə istismara verilmişdir. BDÖZ – Azərbaycan ərazisində bir neçə kvadrat kilometr sahəni tutan bpyük bir müəssisədir. Bu müəssisənin fəaliyyəti 200 metrə kimi dərinlikdə dənizdə quraşdırılan özüllərin istehsalından ibarətdir. BDÖZ – nun istehsal həcmi ildə təxminən 60000 ton metal konstruksiyadan ibarətdir ki, bu da müxtəlif dəniz dərinlikləri üçün daxil olan sifarişlərdən asılı olaraq, dərin su özülləri üçün ildə bir neçə dayaq bloklar hazırlamağa imkan verir.

Bakı Dərin Özüllər zavodunun fəaliyyəti

İlk hərəkətsiz dəniz platformasını zavod 1985 – ci ildə quraşdırmışdır. Bu platformadan hələ də “Günəşli” neft yataqlarında istifadə olunur. Bütün fəaliyyəti dövründə, BDÖZ tam 12 fərqli növdə dəniz platforması hazırlamışdır ki, bu platformalar 178 metrə kimi dəniz dərinliyi üçün nəzərdə tutulmuşdur. 1992 – ci ildə BP ilə imzalanmış müqavilə əsasında, zavod Şimal dənizinin sularında montaj üçün nəzərdə tutulmuş borular istehsal etmişdir. 20 Sentyabr 1994 – cü ildə imzalanmış “Əsrin Müqaviləsi” Azərbaycanın neft sektorunun inkişafına müsbət təsir göstərmişdir. Xəzər dənizi üzrə Azərbaycan sektorunda yerli iqtisadiyyat üçün faydalı olan yeni neft layihələri həyata keçirilməyə başlamışdır ki, bu layihələrdə BDÖZ fəal iştirak edir.

Bakı Dərin Özüllər zavodunun məhsulları

Zavodun əsas məhsulu dəniz neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərdir.Bununla əlaqədar zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur.H. Əliyev adına Bakı Dərin Özüllər zavodunda tikinti üçün metalkonstruksiyalar (fermalar (ferma tipli çatmalar), sütunlar, kranaltı tirlər, riqellər, sütunlararası birləşdiricilər, bunkerlər, körpü konstruksiyaları, ixtiyari ölçülü ikitavr və qutu şəkilli tirlər, siloslar), 200 m-dək dərinlik üçün stasionar dəniz özülləri, həcmi 105 min kubmetrədək olan rezervuar (çən) konstruksiyaları, istənilən həcmli tutumlar, 100 atm. təzyiqli neft və qaz separatorları, 7018 və 6013 tipli qaynaq elektrodları, diametri 500 mm-dən 4500 mm-dək, qalınlığı 90 mm-dək olan metal borular istehsal olunur.

Zavodda 650 tonadək yük qaldıran tırtıllı və 90 tonadək yük qaldıran körpülü kranlardan, 90 mm-dək qalınlıqlı metal vərəqələri əyən vərdənələrdən (valslar), flyus qatı altında avtomatik qaynaq və yarımavtomat qaynaq xətlətindən, əllə qövs qaynağından, metal qırma ilə təmizləmə kamerasından, qumla təmizləmə aparatlarından, ultrasəs və maqnit tozu ilə nəzarət cihazlarından, metalın termiki üsulla kəsilməsi xətlərindən istifadə olunur.