Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası xəritədə

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası

Bakı, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 6 AZ 1029 *** 2 səs

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası haqqında

Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası — Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrlarla təmin edən ali təhsil müəssisəsidir.Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Akademiyaya qəbul

Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:

  • xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər - 23 yaşınadək;
  • Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, orta məktəb məzunları olan çağırışçılar - 17 yaşından 21 yaşınadək.

Akademiyanın strukturu

Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının strukturu və Nizamnaməsi 1998-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. O zaman Akademiyanın strukturuna 3 fakültə və 13 kafedra daxil idi. 2005-ci ildən sonra Akademiyanın strukturunda bir sıra dəyişikliklər edilmiş, yeni fakültə və kafedralar yaradılmışdır.Hazırda dünya standartları səviyyəsində qapalı ali hərbi təhsil müəssisəsi olan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının tərkibinə 5 fakültə daxildir:

  • Əməliyyat işçilərinin hazırlanması fakültəsi;
  • İnformasiya təhlükəsizliyi fakültəsi;
  • Sərhəd qoşunları fakültəsi;
  • Kadrların yenidən hazırlanması və təkmilləşdirilməsi fakültəsi;
  • Qiyabi təhsil fakültəsi.

Akademiyada 16 kafed­ra, o cümlədən 4 xüsusi təyinatlı kafedra, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika”, “Konstitusi­ya hüququ”, “Mül­ki hüquq”, “İnformasiya texnolo­giyaları və proqramlaşdırma”, “İn­for­ma­siya təh­lükəsizliyi”, “Xarici dillər və ölkəşünas­lıq”, “İnzibati idarə­etmə”, “Sərhəd qoşun­ları taktikası”, “Mü­həndis-texniki fən­lər”, “Ümumqoşun fənləri”, “İctimai-siyasi fənlər”, “Fiziki hazırlıq” kafedra­ları, eləcə də xüsusi sinif­lər, laboratoriyalar, kabinetlər, təlim mərkəzləri və s. fəaliyyət göstərir.Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.