Gym & Fun xəritədə

Gym & Fun

Bakı, Xəzər rayonu, Almaz İldırım küçəsi, 69 AZ1000 *** 3 səs

Gym & Fun haqqında

Uşaqlar üçün Gym&Fun oyun otağı uşağa sərbəst qaçmaq, tullanmaq, dartınmaq, hətta qayaya dırmaşmaq imkanı yaradır və onun inkişafına kömək edir. Bütün bunlar əlbəttə ki uşağın sağlamlığına zərər verilmədən edilir. Balacalar labirintdə də qaçışa bilərlər, sözsüz ki, tam təhlükəsiz şəraitdə – labirintin divarları yumşaq materialla örtülüb. Lap balacalar üçün burada quru hovuz, başqa sözlə, toplu hovuz var ki, içində suyu müxtəlif ölçülü rəngarəng yumşaq toplar əvəz edir.

Bu uşaq üçün yalnız vaxtını xoş keçirmək deyil, həm də sağlamlığı üçün faydadır, belə ki, quru hovuz dayaq və hərəkət sistemini inkişaf etdirir, uşaqların kefini və emosional vəziyyətini yaxşılaşdırır. Bu cür hovuzda vaxt keçirmək, bir növ, şarlarla massaja bənzəyir. Bu zaman uşaqlar sərbəst olsalar da Gym&Fun əməkdaşlarının daim nəzarəti altında olurlar. Burada iki zalda hər biri 50 nəfər olmaqla ad günləri təşkil etmək olar. Zalları birləşdirmək imkanı da vardır. Yemək bir mərtəbə aşağıda yerləşən McDonald’s restoranında sifariş edilir və bir nəfərlik menyu çox münasib qiymətlərlə təklif olunur.