Gunesh xəritədə

Gunesh

Bakı, Sabunçu rayonu, Anaşkin küçəsi, 2573/2574 AZ1034 *** 2 səs

Gunesh haqqında

“Günəş” şirkəti 2000-ci ilin may ayında yaradılmışdı. O zamandan bu günə qədər şirkət uzun və çətin inkişaf yolu keçmişdi. Bu vaxt ərzində həm uğur, həm də məyusluq olmuşdu. Bütün çətinliklərə baxmayaraq biz qarşıda qoyulan məqsədə çatmışdıq, daima irəli gedirik və gələcəyə nikbinliklə baxırıq. Qarşımızda yeni məqsədlərimiz var və biz əminik ki, səriştəli və bacarıqlı heyyətimizin köməkliyi ilə onlara da nail olacağıq. Bizim bunun üçün maddi, mənəvi və texniki imkanlarımız da mövcuddur. 2007-ci ildə şirkətimiz beynəlxalq “İSO 9001:2000” sertifikatını almışdı, 2009-cu ildə isə biz təhlükəsizlik texnikası (İSO:14001) və ətraf mühitin qorunması (İSO: 18001) sertifikatlarını əldə etmişik.

Günəş şirkətinin fəaliyyəti

On il ərzində biz bir çox xarici şirkətlə işləyib, onlarla işləmək təcrübəsini qazanıb və onlardan müsbət rəylər almışıq. Xarici şirkətlərlə birgə Azərbaycanda həyəta keçirilən böyük proektlərdə yer almışıq. Şirkət geniş texniki imkanlara malikdir, məsələn sənaye qazlarının istesalı. Şirkət krioqen qabları və qaz qurğuları olan xüsusiləşdirilmiş böyük parka malikdir. Bu da həmin qablarda qazı çatdırma və ya qabların kirayə verməsinə imkan yaradır. “Günəş” şirkəti krioqen vaqonlara malikdir, bu isə qazların respublikanın xaricinə çatdırılmasını mümkün edir. Bütün sadalananları nəzərə alaraq qeyd etmək istərdik ki, bizim şirkət Azərbaycanda sənaye qazların istesalı və çatdırılması sahəsində ən nüfuzlu şirkətlərdən biridir. Sizinlə əməkdaşlıq etməni səbirsizliklə gözləyirik!

İmkanlarımız

“Günəş” şirkəti Azot və Oksigenı hava ayırma üsulu ilə istesal zavoduna malikdir. Qaz halında texniki və tibbi oksigen – QOST 5583-78 Maye halında texniki və tibbi oksigen – QOST 6331-78 Qaz vı maye halında azot – QOST 9293-74 Standartlarına uyğun olan azot və oksigenin istesalı üçün iki istesal xətti mövcuddur. Saatda 1000 kq qədər azot və oksigen istesal edilir. Zavodun dəmir yolu xətti vardır, bu da dəmir yolu sisternlərin birbaşa zavoda çatdırılmasını təmin edir.

Şirkət 8Г513 növlü 10 ədəd altı ton həcmində tutumu olan dəmir yolu krioqen sisternlərinə malikdir. Həmçinin “Qaz-3309”, “Qaz-33021”, ЦТК-8/0,25М krioqenli sisternli “Kamaz-5320”, ЦТК-8/0,25М krioqenli sisternli “Kraz-250”; АГУ2М-1 qazifikasiya qurqusuna malik “Zil-431410” və АГУ2М-1 qazifikasiya qurqusuna malik “Hyundai HD65” markalı təhlükəli yük daşıma icazəsi olan maşınlar mövcuddur. Üç min ədəd işçi təzyiqi yüz əllidən üc yüz əlli atmosferədək qırx və əlli litrlik ballonlar üçün böyük park mövcuddur, həmçinin əlli ədəd on iki, on altı və iyirmi ballon tutumunda palletlər, işçi təzyiqi yüz əllidən üc yüz əlli atmosferədək on iki, on altı, qırx səkkiz və altmış dörd ballon tutan “offshore” və “onshore” monobloklar vardır. Ballon, pallet və monoblok parkımız vaxtaşırı attestasiya keçir və istismar sertifikatına malikdir.