Gəncə İnzibati-İqtisadi Məhkəməsi xəritədə

Gəncə İnzibati-İqtisadi Məhkəməsi

Gəncə, Heydər Əliyev prospekti, 33A AZ2012 *** 1 səs

Gəncə İnzibati-İqtisadi Məhkəməsi haqqında

Gəncə İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin yaradılması

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci ildən başlamışdır.Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağdam rayonu
2. Ağstafa rayonu
3. Bərdə rayonu
4. Daşkəsən rayonu
5. Gədəbəy rayonu
6. Gəncə şəhəri
7. Goranboy rayonu
8. Göygöl rayonu
9. Xankəndi şəhəri
10. Xocalı rayonu
11. Kəlbəcər rayonu
12. Qazax rayonu
13. Naftalan şəhəri
14. Samux rayonu
15. Şəmkir rayonu
16. Tərtər rayonu
17. Tovuz rayonu