Gəncə Hərbi Məhkəməsi xəritədə

Gəncə Hərbi Məhkəməsi

Gəncə, Atatürk prospekti, 246 AZ1000 *** 2 səs

Gəncə Hərbi Məhkəməsi haqqında

Gəncə Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Gəncə Hərbi Məhkəməsinin yaradılması

Gəncə Hərbi Məhkəməsi 1992-ci ildə yaradılmış və 2000-ci ilədək Gəncə Qarnizonu Hərbi Tribunalı adı altında fəaliyyət göstərmişdir. 2000-ci ildən bu günədək Gəncə Hərbi Məhkəməsi adı altında fəaliyyətini davam etdirir.Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağstafa rayonu
2. Daşkəsən rayonu
3. Gədəbəy rayonu
4. Gəncə Şəhəri Kəpəz rayonu
5. Gəncə Şəhəri Nizami rayonu
6. Göygöl rayonu
7. Xankəndi şəhəri
8. Xocalı rayonu
9. Kəlbəcər rayonu
10. Qazax rayonu
11. Mingəçevir şəhəri
12. Samux rayonu
13. Şəmkir rayonu
14. Tovuz rayonu.