Elba xəritədə

Elba

Gəncə, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, 87 AZ2000 *** 0 səs

Elba haqqında

“Elba” Məhdud Məsuliyyətli Cəmiyyəti 1999-cu ildə Elçin Rüstəmov tərəfindən yaradılmışdır. İlk gündən Müəssisədə istehsal olunan məhsulların yüksək keyfiyyətli olmasına böyük diqqət ayrılmışdır. Məhsullarımızda daima qida təhlükəsizliyini və təkrarolunmaz tamı qorumaq üçün Elba MMC ən son texnologiya ilə təchiz olunmuşdur. Müəssisədə daima yenilənən, Almaniya, Avstriya, İtaliya və Türkiyənin avadanlıqları ilə qurulmuş müasir istehsal xətti mövcuddur. 2007-ci ildə müəssisə İSO 9001:2008 (Keyfiyyət Menecmenti İdarəetmə Sistemi) və 2009-cu ildə HACCP (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi) beynəlxalq sertifikatlarla təltif olunmuşdur.

''Elba'' Ət və ət məhsulları

Dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstək sayəsində şirkət daima inkişaf etmişdir və nəticədə yeni layihələr üzrə illər boyu bir neçə kəsim-emal fabrikaları yaradılmış və yeni iş yerləri açılmışdır. Şirkətin beynəlxalq sərgilərdə yüksək pillələrdə yer və medallar alması, Rusiya Federasiyasının “Prestij” və Qazaxıstan Respublikasının “Biday Eks” şirkətləri ilə əməkdaşlığa dair imzalanmış müqavilələr buna əyani sübutdur.Onu da qeyd edək ki, "Çarskaya" brendi ilə buraxılan məhsullar Rusiyada çar dövründəki xüsusi reseptlərlə hazırlanır və bu brend rəsmi olaraq Rusiya Federasiyasında "Elba" MMC tərəfindən alınmışdır.

Şirkətimizin uğur əldə etməsinin əsas səbəbi alıcılarımız qarşısnda daima açıq və dürüst olmağımız, münasib qiymətə yüksək keyfiyyətli məhsul təqdim etməyimizdir. Qarşımızda olan məqsədimiz əldə etdiyimiz nailiyyətləri saxlamaq, daha da geniş çeşidli və yüksək keyfiyyətli məhsullarla müştərilərimizin rəğbətini qorumaqdır.