Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəritədə

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bakı, Bəhram Ağayev küçəsi, Yasamal rayonu, 100A AZ1073 *** 5 səs

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması

Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi və "Azərmeşə" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır. Nazirlik öz fəaliyyətini bilavasitə və özünün yerli orqanları, tabeliyində olan müəssisə, təşkilat və digər qurumları vasitəsi ilə həyata keçirir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.Nazirlik müstəqil balansa, operativ idarəçilik hüquqi ilə dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara, banklarda hesablara malikdir.