EKOL Mühəndislik Xidmətləri xəritədə

EKOL Mühəndislik Xidmətləri

Bakı, Xətai rayonu, Babək prospekti, 10B AZ1025 *** 1 səs

EKOL Mühəndislik Xidmətləri haqqında

«Ekol Mühəndislik Xidmətləri» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.Müəssisənin fəaliyyətinin əsas məqsədi Respublika hüdudlarından kənarda və Respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-notrmativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Ekolun Laboratoriya xidmətləri

  • Suyun fiziki-kimyəvi və kimyəvi analizləri
  • Dib çöküntülərinin fiziki – kimyəvi və kimyəvi analizləri
  • Ağır metalların analizləri
  • Dib çöküntülərinin və torpaqların qranulometrik analizləri
  • Biogen maddələrin tədqiqi
  • Suda və dib çöküntülərində metalların və civənin analizi

Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması

  • Ekoloji Pasport
  • Atmosferə Zərərli Maddələrin Yol Verilən Atqı Həddi Normativləri Layihəsi
  • Axıntı suları ilə su obyektlərinə daxil olan maddələrin Yol Verilən Axıntı Həddi
  • Su Təsərrüfatı Pasportu
  • Atmosferə zərərli maddələrin atqı mənbələrinin inventarlaşdırılması

Neftşlamın emalı və zərərsizləşdirilməsi mexaniki və bioremediasiya üsulları ilə həyata keçirilir.Mexaniki və kimyəvi üsulla Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi xidmətləri həyata keçirilir.Ekol Ekoloji monitorinq xidmətlərini də həyata keçirir.Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi;Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi(ƏMTQ layihə sənədi);Təbiətdən istifadənin idarə olunması və ekoloji qiymətləndirilməsi modelləri;Təsərrüfat fəaliyyətinin uzunmüddətli Dayanıqlı İnkişaf Konsepsiyasının hazırlanması
Müəssisələrin fəaliyyət areallarında ekoloji monitorinq layihələrinin hazırlanması;Tullantıların idarə olunması və utilizasiyası layihələrinin hazırlanması;Tullantı poliqonlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi və s.