DAIR Hotellər və Restoranlar Assosiasiyası xəritədə

DAIR Hotellər və Restoranlar Assosiasiyası

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 100 AZ1110 *** 4 səs

DAIR Hotellər və Restoranlar Assosiasiyası haqqında

Hotellər və Restoranlar Assosiasiyası - otelçilik və restoran biznesi sahəsində habelə qonaqpərvərlik sənayəsinə aid digər təşkilatları öz sıralarında birləşdirən qeyri hökümət təşkilatıdır.Assosiasiya qonaqpərvərlik sənayesində çalışan bütün təşkilatlarla əməkdaşlığa hazırdır.
Təşkilatımız Azərbaycanda otelçilik və restoran biznesinin maraqlarını dəstəkləyən və təblig edən qeyri-kommersiya biznes assosiasiyasıdır.
2009-cu ildə təsis edilmiş və müvafiq qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.Etdiklərimiz otelçilik və restoran biznesinin inkişafı üçün önəmli və əhəmiyyətlidir.

Assosiasiyasının fəaliyyəti

Assosiasiya biznesın məhdud sahəsini əhatə edərək öz unikallığını və aktuallığını təmin edir.Biz Azərbaycanda və onun hüdudlarından kənarda nüfuza və fəallığa doğru addımlayaraq bütün yerli və beynəlxalq qanunlara riayət etməklə, ali etik normalar çərçivəsində öz fəaliyyətimizi qururuq.Otelçilik və restoran biznesində çalışan şirkətlərin mənafelərini qoruyaraq, onlara əyani yardımlar göstərmək, qonaqpərvərlik sənayesinin inkişafına yardımçı olmaq və bu kimi münasibətləri özümüzə prioritet seçmişik.Assosiasiya - otelçilik və restoran biznesi sahəsini tənzimləyən qanunvericiliyin, normativ hüquqi aktların işlənib hazırlanmasına və peşəkar tövsiyyəvi yardımların göstərilməsinə öz töhvəsini gətirən təşkilatdır.Hotellər və Restoranlar Assosiasiyası - olkənin qonaqpərvərliq sənayesində yeni və müasir fikirlərə malik olan qeyri hökümət təşkilatıdır.