Azerplast xəritədə

Azerplast

Bakı, Nərimanov rayonu, Atatürk prospekti, 67 АZ1108 *** 4 səs

Azerplast haqqında

“Azerplast” firması “LYUK” sinfinin boruşəkilli dozatoru olan plastik tıxacların (TŞ AZ 321 7995-01 nömrəli DÖST) istehsalı və reallaşdırılması ilə məşğul olur. Plastik tıxaclar “Quala” tipli yivsiz şüşələr üçün müəyyən edilmiş Avropa standartlarına müvafiqdir.İstehsal işçi heyət və ya çirkləndirici elementlərlə təmassız mükəmməl steril şəraitdə həyata keçirilir. Tıxacın 3 komponentinin robotlaşdırılmış quraşdırma maşınında yığılması zamanı mikroskopik toz zərrələrinə qədər texniki təmizləmə və üfləmə aparılır. Göstərilənlərə əlavə olaraq, bütün istehsalat dövrü daimi monitorinq altındadır.

Azerplast şirkətinin fəaliyyəti

Ən son texniki avadanlıq, tamamilə kompüterləşdirilmiş istehsalat xətti, Avropa və Amerikanın aparıcı şirkətlərində təcrübə keçmiş və istehsalat sahəsində nəhəng təcrübəyə malik işçi heyətiBizim məhsulumuz “GEFIT” firmasının (İtaliya) tanınmış sənaye liderinin qaynarkanallı press-formalarını,“BMB” firmasının (İtaliya) termoplast–avtomatlarını, həmçinin “CER S.A” firmasının (Fransa) markalayıcı maşınlarını daxil edən dünyanın aparıcı şirkətlərindən yüksək dəqiqlikli avtomatlaşdırılmış və robotlaşdırılan avadanlıqda hazırlanır.İstehsal zamanı şirkətimiz yalnız Avropa istehsalı olan xammal: BP qida polietileni (Böyük Britaniya), Ereclene polipropileni (İtaliya), A.Schulman firmasının (Almaniya) rəngləyici konsentratlarından istifadə edir.- Çevik qiymət siyasəti- Ən qısa müddətdə əsas qərarlar qəbul etmək qabiliyyəti- Müasir bazarda baş verən dəyişikliklərə operativ reaksiya- İstehsal prosesinin dəqiq təşkiliBütün bunlar “Azerplasta” artıq qısa müddətdə bir sıra ən böyük alkoqollu məhsul istehsalçıları ilə uzunmüddətli qarşılıqlı sərfəli əməkdaşlıq qurmağa imkan verdi.

Plastik tıxaclar

Çıxarılan boruşəkilli dozator ilə plastik korpusda olan qapağın bu modeli KPM 30 standart çənbərli şüşələrin tıxaclanması üçün optimaldır və tıxac qurğusunun keyfiyyəti ilə onun qiyməti arasında ideal nisbət təmin edir.Superkonsentratlar vasitəsilə qapaqların istənilən rəngə və ya rəng qammasına rəngləməsi, eləcə də Sizin məhsulunuzun saxtalaşdırmadan müdafiəsini təmin edəcək istənilən mürəkkəb loqotiplərin qapağın üzərinə çəkilməsi təklif edilirXammalın tərkibində sağlamlıq üçün zərərli əlavələr yoxdur və o qida məhsulları ilə təmasda olan materiallarda istifadə üçün olduqca yararlıdır, bu da xammal və hazır məhsula verilən gigiyenik sertifikatlarla təsdiq edilir.