Azercell Müştəri Xidmətləri Mərkəzi Səbail r. xəritədə

Azercell Müştəri Xidmətləri Mərkəzi Səbail r.

Bakı, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, 18 AZ1000 *** 1 səs

Azercell Müştəri Xidmətləri Mərkəzi Səbail r. haqqında

Azercell-lə həyat daha gözəldir! strategiyamızı əks etdirən şüardır. Məhz bu strategiyanı həyata keçirərək Azercell rəqabət üstünlükləri sayəsində bazarda lider mövqeyini saxlamaqdadır.

Azercell - Daha yaxşı xidmət

  • İlk 24/7 Telefon mərkəzi
  • İlk tam xidmət konsepsiyası - Azercell Ekspres
  • İlk beynəlxalq keyfiyyət standartı ISO 9001 - 2000
  • Ən geniş satış şəbəkəsi

Azercell - Daha innovativ texnologiyalar

  • İlk GSM
  • İlk öncədən ödəmə sistemi - SimSim
  • İlk öncədən ödəmə abunəçiləri üçün rominq
  • İlk 4G

Azercell - Daha geniş və güclü şəbəkə

  • Əhatə dairəsi - əhalinin 99,8%
  • Ən çox RBS sayı
  • Güclü 2G/3G şəbəkə
  • TeliaSonera - 19 mobil operator birliyi

Azercell - Daha sosial məsuliyyətli

  • Səhiyyə və təhsil layihələri
  • Kimsəsiz uşaqlara yardım
  • İdmana dəstək
  • Mədəniyyətə qayğı

“Azərcell Telecom” MMC 1996-cı ilin yanvar ayında yaranmışdır. 15 dekabr 1996-cı il tarixində “Azərcell Telecom” Azərbaycanda ilk GSM-operatoru qismində öz kommersiya fəaliyyətinə başlamışdır. “Azərcell Telecom” şirkəti öz fəaliyyətinin ilk illərindən etibarən telekommunikasiya bazarında öz aparıcı mövqeyini qoruyub saxlamışdı. 1998-ci ildə Azərcell dünyanın telekommunikasiya sektorunda, abunəçilər üçün öncədən ödəniş sistemini tətbiq edən ilk şirkətlərdən biri oldu (SimSim). Azərcell Azərbaycanda GSM-texnologiyalar, GPRS/EDGE, Telefon Mərkəzi 24/7, Azərcell Ekspres ofisləri, BlackBerry ® Solutions məhsulları və s. kimi bir sıra innovativ texnologiyalar və konsepsiyalar tətbiq etdi. Azərcell olaraq, bizim mövqeyimiz və məqsədlərimiz aşağıdakılardır:

  • Azərbaycanın fəxr edəcəyi bir şirkət olmaq;
  • mövcud olan dəyərləri qoruyub saxlamaq;
  • yeni dəyərlər yaratmaq;
  • dəyərləri paylaşmaq.

Azercell Telekom - lider mobil operator

Azercell Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Azercell-in əsas təsisçisi - İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən TeliaSonera şirkətidir. TeliaSonera Avrasiyada mobil rabitə sahəsində güclü mövqeyə malik qabaqcıl telekommunikasiya holdinqlərindən biridir. Azercell şirkətinin hazırkı sərmayədarı Türkiyənin “Azertel TelekomÜnİkasyon YatIrIm DIş Tİcaret A.ş." (100%) şirkətidir.Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələri çərçivəsində ümumi məbləği 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoymuşdur. Vergilər Nazirliyinin məlumatına əsasən, Azercell neft sektorundan sonra respublikanın ən iri vergi ödəyicisidir.

Azercell-lə həyat daha gözəldir!

Hal-hazırda Azercell ölkə əhalisinin 99,8%, ölkə ərazisinin isə 80%-ni (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir. Azercell Telekom MMC ISO 9001:2008, ISO 10002:2014 , IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.