Azerbaijan Energy Engineering & Consulting xəritədə

Azerbaijan Energy Engineering & Consulting

Bakı, Abşeron rayonu, Xırdalan qəsəbəsi AZ0102 *** 2 səs

Azerbaijan Energy Engineering & Consulting haqqında

“Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC (qısa olaraq AEEK adlandırılacaq), Azərbaycanın enerji sektorunda mühəndis və məsləhət xidmətləri göstərən qabaqcıl şirkətlərdən biridir. AEEK, əsasən elmi-tədqiqat işlərinin aparılması, məsləhət işləri, mühəndis-layihələndirmə və informasiya texnologiyaları sahəsində qabaqcıl yeniliklərin istifadəsi kimi kompleks yanaşmaya üstünlük verir.

Azerbaijan Energy Engineering & Consulting şirkətinin fəaliyyət istiqamətləri

Şirkətin amalı, bütün potensialını müştərinin ehtiyaclarına cəmləşdirərək ən yaxşı həll yollarını təklif etməkdir.Belə yanaşma sayəsində AEEK, uzun müddətli fəaliyyəti dövründə müştərilərin etimadını qazanmış və bu etimadın qorunması üçün daima inkişafdadır. Keyfiyyətə və peşəkar kadrlara əsaslanan bu cür fəaliyyət, şirkətin mühəndislik, məsləhət və enerji audit xidmətlərinin uğurla həyata keçirilməsinə zəmin yaradır.Müştərilərin gözləntilərini qarşılayarkən AEEK, bugün ən ümdə məsələ olan ətraf mühitin və əməyin mühafizəsini müntəzəm olaraq diqqətdə saxlayır və hər zaman bunu özünə zəruri öhdəlik olaraq müəyyən edir.

Şirkətin əsas iş prinsipləri

AEEK, xidmətləri həyata keçirərkən aşağıda qeyd edilmiş prinsipləri rəhbər tutur:

  • Keyfiyyətli xidmət- AEEK, ilk öncə müştərilərinin maraqlarını üstün tutur və ən yüksək səviyyədə onların ehtiyaclarını başa düşərək, ən səmərəli həll yollarını təklif edir. Bunun üçün bizim kifayət qədər potensialımız vardır.
  • Müştəri məmnunluğu- AEEK, müştərinin probleminə öz problemi kimi yanaşır və dəyər baxımdan səmərəli, dayanıqlı, etibarlı və praktiki həll yollarını təklif edir.
  • Peşəkarlıq- AEEK-in uğurlu fəaliyyətinin əsasını onun peşəkar işçi heyəti təşkil edir. İşçilərinə xüsusi dəyər verən AEEK, müştərilərə göstərilən xidmətlərin uğurlu icrası üçün peşəkar komanda şəklində fəaliyyətin təmin ediməsini daim diqqətdə saxlayır.
  • Texniki imkanlar- Əsas aktivləri insan resursları olan AEEK, xidmətlərin göstərilməsi üçün müasir texnologiyalara əsaslanan qabaqcıl alətlərə və maşın-mexanizmlərə də malikdir.