Avrora Group xəritədə

Avrora Group

Bakı, Binəqədi rayonu, 17-ci Dağüstü küçəsi, 13 AZ1000 *** 1 səs

Avrora Group haqqında

“Avrora” firması 13 aprel 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur. 300-dən çox işçi qüvvəsi və 300-dən çox nəqliyyat vasitəsi ilə geniş distribyutorluq şəbəkəsi yaradaraq, ölkənin bütün bölgələrinə, rayon və qəsəbələrinə, hətta kəndlərinə də çox rahat şəkildə öz məhsullarını çatdırmaqdadır.

  • Müasir avadanlıqla təchiz olunmuş ofis;
  • Anbar təsərüfatı (sahəsi 4000 m2 olan quru saxlama, sahəsi 1500 m2 olan 2 mərtəbəli müasir soyuducularla təchiz olunmuş anbar);
  • Avtonəqliyat vasitələri (300-dən çox İsizu, Mitsubishi, Hyundai markalı yük avtomobilləri);
  • Xüsusi dəmir yolu mövcuddur.

AVRORA firması

“AVRORA” firması yarandığı gündən etibarən dünyanın müxtəlif şirkətləri ilə əməkdaşlıq edir. Bu illər ərzində hər bir çalışdığı firmaya hörmətlə yanaşmış, məhsulların çatdırılmasında yüksək peşəkarlıq göstərmişdir. Buna görə də bu illər ərzində “AVRORA” fırması göstərdiyi yüksək keyfiyyətli və peşəkar işi sayəsində işlədiyi şirkətlər tərəfindən müxtəlif sertifikat və diplomlarla təltif edilmişdir. “AVRORA” firması qloballaşan dünyada sektorda uzunmüddətli iqtisadi fəaliyyətini təmin etmək üçün həm öz məhsullarını, həm də distribyuterliyini həyata keçirdiyi məhsulların istehlakçıya çatdırılması, təqdim olunması ilə kifayətlənməməklə, müştərilərinə müvəffəqiyyətlə satış sonrası xidmət də göstərməkdədir. Məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında müştərilərin, istehlakçıların məlumatlandırılması, onların daha asan seçim etmələri üçün mağaza daxili rəf nizam intizamına diqqət yetirmək, məhsulların satış qiymətlərinin oxunaqlı şəkildə göstərilməsi və s. satış sonrası edilən xidmətlərin sadəcə bir qismini təşkil edir. 2013 cü ildən etibarən “AVRORA” firması Gürcüstan Respublikasında öz filialını açmışdır.

Belə ki, “AVRORA” firması öz məhsullarını Gürcüstan bazarına da çıxartmağa başlamış və qısa müddət ərzində fəaliyyətini inkişaf etdirərək 2000-dən çox ticarət nöqtəsi ilə əlaqələr qurmuşdur. Gürcüstanda hal- hazırda 24 nəfər fəaliyyət göstərir. 2014-cü ildən etibarən satış personalının sayının artırılması və bütün Gürcüstanı əhatə edən ticarət şəbəkəsinin qurulması planlaşdırılır. Bunlardan əlavə olaraq “AVRORA” firmasında həmçinin yüksək peşəkarlığa malik olan Marketinq Departamentinin Tədqiqat və İnkişaf şöbəsi fəaliyyət göstərir. Şöbə müəssisə üçün mövcud və yeni bazarlar araşdırmaq, təkliflər verməklə yanaşı sifariş əsasında Azərbaycan bazarında fəaliyyət göstərən və yeni fəaliyyətə başlayan müəssisələr üçün də bazar araşdırmaları aparır, təkliflər paketi hazırlayıb, təqdimatlar keçirir.

Brendlərimiz:

  • Philadelphia
  • Romaşka
  • AXA
  • Напитки из Черноголовки
  • Rollton
  • BIGBON
  • Frutinq
  • Hochland
  • Moskovskiy Provansal
  • "Kupyanski süd konserva kombinatı"nın məhsulları
  • Jaguar
  • Olmeca
  • Medoff
  • Maheev
  • Ehrmann
  • Chivas Regal
  • Jardin
  • Jokey
  • Haме
  • KİO
  • Belaya Beryozka
  • Xortica
  • Baltika
  • Pelikan
  • Lafarella
  • Doymak
  • Tanelli
  • Hagris
  • BİQ LANÇ
  • La Española
  • MİDİ
  • Pure Food
  • Absolut
  • Revo energy
  • Moroşa
  • Naş Moloçnik
  • Milla
  • Hofmeister
  • Badagoni
  • Shake cocktails
  • Ballantine’s
  • Jameson