Avita Azərbaycan xəritədə

Avita Azərbaycan

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 36 AZ1000 *** 1 səs

Avita Azərbaycan haqqında

Avitanın Azərbaycan ofisi Bakı şəhərində yerləşir. 2005-ci ildə 8 nəfərlik kiçik bir kollektivlə Bakıda işə başlayan Avita bu gün çoxsaylı kollektivi ilə Azərbaycanın bütün ərazisində fəaliyyət göstərir.Şirkətin daxilində tibbi araşdırmalar, xarici əlaqələr, bazarlama, analitik araşdırmalar, satış şöbələri kimi bölmələr formalaşmışdır.Avita çalışdığı sektorda ən dinamik inkişaf edən şirkətlərdən biridir.Avita Azərbaycan dərman seçiminə çox diqqətlidir: aparıcı mütəxəssilərin fikri və istehsal prosesinin keyfiyyəti ön plandadır. Şirkətin xarici partnyorları şirkət mütəxəssilərinin professionallıq səviyyəsinin artırılmasında yaxından iştirak edirlər. Tez-tez təşkil olunan görüşlər Azərbaycanın daha yaxından tanınmasına, partnyorlarla bizneslə başlayan əlaqələrin dostluq əlaqələrinə doğru inkişafına kömək edir.

Avita şirkətlər qrupunun əsas fəaliyyəti

  • Çalışdığı ölkələrin tələbatı üçün maraqlı ola biləcək dərman preparatlarının seçilməsi, qeydiyyata alınması və ölkəyə gətirilməsi;
  • Bu preparatlar haqda məlumatların davamlı və məqsədyönlü olaraq həkim auditoriyasına və əhaliyə çatdırılması;
  • Preparatların yerli topdan satış və pərakəndə satış şəbəkəsində paylanmasını təmin etməkdir.

Avita şirkətlər qrupunun məqsədi: insanların sağlam yaşamasında faydalı olmaqdır. Biz bunun nə qədər məsuliyyətli olduğunu anlayırıq. Daha professional olmaq, durmadan inkişaf etmək və "Sağlam həyat naminə" çalışmaq avitaçıları bir kollektivə toplayan əsas məramdır.Avita ölkə daxilində keçirilən elmi-praktik konfransların və digər tədbirlərin fəal iştirakçılarından biri kimi tanınır.

Avita şirkətlər qrupunun partnyorları

Avita partnyorlarına uzunmuddətli işbirliyinin tərəfmüqavili kimi baxır və çalışdığı ölkələrdə onların maraqlarının qorunmasına xüsusi diqqət verir.Bizim partnyorlar Avropa ölkələrində və ABŞ-da qəbul edilmiş bütün standartlara (GMP, GCP, GHP) uyğun olaraq çalışırlar.Avita bu günki partnyorları ilə işləməkdən qürur hissi duyur və yeni partnyorlarla işləmək üçün həmişə hazırdır.Avita partnyorlarına preparatların əhaliyə satışına qədər olan bütün mərhələlərində:

  • maraqlı olan dərman sektorunun bazar analizi;
  • seçilmiş preparatların qeydiyyata alınması;
  • ölkəyə importu, topdan satış və pərakəndə satış üçün paylanması;
  • keyfiyyətli və etik çalışan komanda ilə preparatların aktiv təbliğatı istiqamətlərində effektiv xidmət göstərir.