Avaz Dining & Lounge xəritədə

Avaz Dining & Lounge

Bakı, Yasamal rayonu, Moskva prospekti, 1058/32 AZ1033 *** 1 səs

Avaz Dining & Lounge haqqında

Azərbaycanda yeməyə hər zaman xüsusi diqqət ayrılmışdır. Qədim zamanlardan bəri bayram süfrələrimiz müxtəlif nemətlərlə bəzədilmiş, insanların qonaqpərvərliyi isə məhz süfrə nemətlərinin çeşidi və dadı ilə ölçülmüşdür. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Milli xörəklərin hazırlanmasının qədim üsulları isə hər bir ailədə saxlanılmış və nəsildən-nəsilə ötürülmüşdür.Biz zəngin və qədim tarixə malik milli mətbəx incilərimizi müasir interyerə uyğunlaşdırmışıq. Məşhur kulinariya ustaları Azərbaycan mətbəxini geniş və zəngin hesab edirlər, lakin onların fikrincə, mətbəx nemətlərimiz zəif görünüşə malikdir. Bu layihəni həyata keçirməklə biz məhz bu məsələyə xüsusi diqqət ayırmış olduq. Belə hesab edirik ki, bunun öhdəsindən layiqincə gələ bilmişik.

Restoranın xidmətləri

Milli yeməklərimizin müasir üslublarla, xüsusi çini qablarda təqdim edilməsi sayəsində əla effekt yaratmağa nail olmuşuq!Restoranımızın mətbəxi zəngin və çeşidlidir. Qonaqlarımıza baş aşpazımızın təklif etdiyi və hər həftə yenilənən xüsusi təkliflərimizin də dadına baxmaq təklif olunur.
Restoran iki -restoran və lounge- hissəyə ayrılmışdır. Restoran üçün müəyyən olunmuş hissə 60 nəfərlik banket üçün nəzərdə tutlmuşdur, həftə sonları isə burada musiqiçilərin canlı ifasından həzz almaq olar. Lounge adlanan hissə isə daha kiçik kompaniya üçün nəzərdə tutulub və burada Şərq mədəniyyətinin elementi hesab olunan qəlyan çəkmək olar.