Araz zavodu xəritədə

Araz zavodu

Gülbala Şıxbala oğlu küçəsi, Şirvan AZ1000 *** 0 səs

Araz zavodu haqqında

Əli Bayramlı "Araz" zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən "Uzaq rabitə" Elmi-İstehsalat Birliyinin filialı kimi "Uzaq rabitə" adı altında fəaliyyətə başlamışdır. 1991-ci ildə Leninqrad "Uzaq rabitə" EİB-in əmrinə əsasən Əli Bayramlı "Uzaq rabitə" filialı həmin birliyin Əli Bayramlı şəhərində yerləşən "Araz" zavodu ilə birləşdirilərək Əli Bayramlı "Araz" zavodu adlandırılmış və Bakı "Ulduz" EİB-in tabeliyinə verilmişdir.

Araz zavodunun fəaliyyəti

1993-cü ildə zavod "Ulduz" EİB-in tərkibində Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.1995-ci ildə zavod "Ulduz" EİB-in tərkibindən çıxarılmış və müstəqil müəssisə olaraq Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.2006-cı ildən Əli Bayramlı "Araz" zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir.

Şirvan "Araz" zavodunun əsas fəaliyyət istiqamətləri

  • Müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı.
  • Rabitə avadanlığı üzrə coxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı.

Araz zavodunun məhsulları xüsusi təyinatlı məhsullar-Proqram üzrə,mülki təyinatlı məhsullardır.

Mülki təyinatlı məhsullar

  • Xalq istehlakı və mülki təyinatlı məhsulların istehsalı:
  • park üçün oturacaqlar;
  • park üçün dekorativ fənərlər;
  • küçə işıq dirəkləri (8,5 m, 2,4 m);
  • küçə və park üçün zibil qutuları;
  • metal konstruksiyalar;
  • avtomobil nəqliyyatlarının hərəkətini tənzimləyən işıqfor;
  • diyircək;
  • bucaqlıq;
  • mebel.

Şirvan "Araz" zavodunun texnoloji imkanları:

  • metalların mexaniki emalı;
  • metalların ştamplama ilə emalı;
  • plastik kütlələrin emalı;
  • elektrik-qövs qaynağı;
  • qaz qaynağı;
  • ağac emalı;
  • mebel hazırlanması.