Alten Group xəritədə

Alten Group

Xırdalan, Şamaxı yolu, 4 AZ0100 *** 1 səs

Alten Group haqqında

Alten Group Alternativ Enerji xidmətləri və LED işıqlandırma məhsullarının istehsalını təmin etmək məqsədilə 2009-cu ildə yaradılmışdır.Bir energetika şirkəti olaraq aşağıdakı xidmətləri təklif edirik:

  • Energetika – yüksək və alçaq gərginlikli xəttlərin, elektrik yarımstansiyalarının tikintisi və quraşdırılması, paylayıcı qurğuların istismarı, sazlanması və s.
  • İşıqlandırma – LED işıqlandırma. Beynəlxalq standartlara cavab verən COB (Chip on Board) LED texnologiyasının tətbiqi ilə interyer, fasad, reklam, dekorativ və s. işıqlandırma xidmətlərinin göstərilməsi. LED işıqlandırmanın tətbiqi ilə müştərilərimiz bu faydaları əldə edir:Az miqdarda enerji istehlakı;Daha uzun istismar müddəti;Az texniki xidmət tələbi.
  • Bərpa olunan enerji – Külək, günəş, geotermal və bioqaz enerjiləri.

Alten Group şirkətinin  təklifləri

  • Yeraltı, yerüstü və hava xəttlərində (110/35/10/0.4 kV gərginlikli) elektrik enerjisinin ötürülməsi.
  • Bütün növ yarımstansiya və paylayıcı qurğuların (110/35/10/0.4 kV gərginlikli) inşası.
  • PLC , “ Skada “ və s. kimi müasir idarəetmə və mühafizə sistemlərinin (110/35/10/0.4 kV gərginlikli) tətbiqi.
  • İstənilən tip müəssisələrdə daxili və xarici elektrik enerjisi təchizatı sistemlərinin inşası.
  • LED avadanlıqların tətbiqi ilə iqtisadi baxımdan daha sərfəli interyer və eksteryer işıqlandırma sistemlərinin quraşdırılması .
  • Qeyri-ənənəvi enerji mənbələrinin tətbiqi.
  • Beynəlxalq standartlara uyğun olaraq bütün işlərin lisenziyalı layihələndirilməsi və müvafiq dövlət təşkilatları ilə razılaşdırma sənədlərinin hazırlanması.
  • Mövcud xidmətlərimizin inkişafı, yeni təkliflərin hazırlanması və iqtisadi əsaslandırılması.