Ağsu Rayon Məhkəməsi xəritədə

Ağsu Rayon Məhkəməsi

H. Əliyev küçəsi, Ağsu, 135 AZ1000 *** 1 səs

Ağsu Rayon Məhkəməsi haqqında

Ağsu Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağsu rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Ağsu Rayonu və Məhkəməs haqqında qısa məlumat

Ağsu Rayon Məhkəməsi 1943-cü ildə təsis edilmişdir. Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir. Ərazisi 1020 kv.km, əhalisi 69.4 min nəfərdir.

Rayonda 1 şəhər (Ağsu şəhəri),78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir. Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50.9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və b. ibarətdir. Əhalinin 25,7%-i şəhərdə, 74,3%-i kənd yerlərində yaşayır.Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.