Ağdam Rayon Məhkəməsi xəritədə

Ağdam Rayon Məhkəməsi

Quzanlı qəsəbəsi, Ağdam AZ1000 *** 2 səs

Ağdam Rayon Məhkəməsi haqqında

Ağdam Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağdam rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Ağdam rayonu haqqında

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Həmin tarixdə də Ağdam Rayon Xalq Məhkəməsi (indiki Ağdam Rayon Məhkəməsi) yaradılıb. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri min illərdən keçərək bugünə gəlib çatmışdır. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.

Mövcud dövlətin qədim Azərbaycan torpaqları üzərində qurulmuş Ermənistanın ölkəmizin yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Ağdamın indi yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. Rayon əhalisinin sayı 178 min 300 nəfər (23 iyun 2011), ümumi sahəsi isə 1094 km²-dir. Ermənilərin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş Ağdam rayonunun 139.276 nəfər sakini respublikanın müxtəlif regionlarında məskunlaşmışdır. Rayon Ağcabədi, Tərtər, Bərdə və Dağlıq Qarabağla həmsərhəddir.