Azərbaycan Bank Tədris Mərkəzi Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi kimi, 2000-ci ilin fevral ayında Avropa Birliyinin TACİS proqramının texniki yardımı ilə yaradılmışdır. ABTM bu gün bank işi və biznesin idarə edilməsi üzrə Azərbaycanın ən böyük təlim və məsləhət xidməti təşkilatıdır.
ABTM vizion və missiyası
ABTM-nin vizionu onu Azərbaycanın maliyyə xidmətləri sektoruna bütün növ, qeyri-maliyyə xidmətləri sektoruna isə yalnız idarəetmə sahəsində təlim və məsləhət xidmətləri göstərən, maliyyə sektoru üçün peşəkar mütəxəssislər hazırlayan, habeləyerli və beynəlxalq sertifikasiya proqramları tətbiq edən aparıcı biznes xidmətləri institutu etməkdir. ABTM-nin missiyası onun maliyyə xidmətləri və biznesin idarə edilməsi üzrə müasir bilik və texnologiyaları Azərbaycana gətirib, yerli şəraitə uyğunlaşdırmaqla, onlara əlavə dəyər verən, praktikyönümlü edən və beynəlxalq standartlara uyğun formada biznes tərəfdaşlarına çatdıran peşəkar təlim və məsləhət xidmətləri institutu kimi fəaliyyətini qurmaqdır.
ABTM-nin təlim xidmətləri
Bu gün ABTM-nin biznes tərəfdaşlarına 175 mövzuda təlim xidmətləri təklif edir. Təlim məhsulları əsasən 2 qrupa bölünür:
1. Uzunmüddətli sertifikasiya proqramları (150 saatadək):
- Sertifikatlaşmış Praktik Mühasib – CAP (Certified Accountant
- Practitioner)
- DipIFR
- ACCA F2/F3 imtahanına hazırlıq
- Maliyyə Uçotu
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
- Bank işində risklərin əsasları
- Ümumi Bank İşi
- Bankın Filial Meneceri
- Bank Filialının Baş Mühasibi
- İpoteka Krediti Mütəxəssisi
- Kredit Mütəxəssisi
- Bankın Müştəri Xidməti Mütəxəssisi
- Bankın Daxili Auditoru
2. Qısamüddətli standart kurslar üzrə mövzu qrupları (30 saatadək):
- Ümumi idarəetmə (40 mövzudan çox)
- Maliyyə idarəetməsi (20 mövzudan çox)
- Kredit idarəetməsi (15 mövzudan çox)
- İT idarəetməsi (15 mövzudan çox)
- Marketinq və satış (30 mövzudan çox)
- Yumşaq vərdişlər (10 mövzudan çox)
- Digər mövzular (20 mövzudan çox)
ABTM-nin tədris xidmətlərinin xüsusiyyətləri:
- yerli və xarici təcrübənin sintezi;
- kursların Azərbaycanda və xaricdə xüsusi təlim proqramı keçmiş və praktiki
- təcrübəyə malik ekspertlər komandası tərəfindən aparılması;
- təlimin kiçik qruplarda interaktiv aparılması;
- kursların əvvəlində və sonunda test keçirilməsi;
- sifarişçinin istəyi ilə təlimin nəticələri üzrə sertifikasiya keçirilməsi;
- kurslarda mütləq biznes oyun, biznes oyun və qrup tapşırıqlarından istifadə;
- kurs sonu dinləyicilər tərəfindən anonim sorğu keçirilməklə, kursların keyfiyyətinin monitorinq edilməsi;
- hər bir kurs iştirakçısı üzrə, testlərin nəticələri və davamiyyət üzrə hesabat təqdim edilməsi;
- kursların sifarişçinin istədiyi yerdə və dildə (Azərbaycan, Rus və İngilis) aparılması;
- Mərkəzin özünəməxsus tam müasir dərsdemə avadanlıqları ilə təchiz olunmuşdərs otaqları;
- təlim qurtardıqdan sonra belə dinləyicilərin suallarının cavablandırlması.
ABTM-nin Məsləhət Xidmətləri
2001-ci ildən başlayaraq, ABTM bank işi və biznesin idarə edilməsi üzrə məsləhət xidmətləri göstərməkdədir. Bu günədək ABTM 58 təşkilata 215 layihə çərçivəsində məsləhət xidmətləri göstərmişdir.
ABTM-nin əsas məsləhət xidməti məhsulları:
- 1. Korporativ İdarəetmə
- 2. Strateji İnkişaf
- 3. Təşkilati struktur və biznes proseslərin təşkili
- 4. İnsan resurslarının idarə edilməsi
- 5. Maliyyə Menecmenti
- 6. MIS
- 7. İnformasiya Texnologiyaları
- 8. Kredit biznesinin təşkili
- 9. Daxili Audit
- 10. Marketinq və satış
- 11. Risk Menecmenti
- 12. Aktiv və passivlərin idarə edilməsi
- 13. Bilik və vərdişlərin test vasitəsi ilə yoxlanılması
- 14. İNTRANET proqramı yaradılması və quraşdırılması
- 15. THOMAS sistemi üzrə psixometrik qiymətləndirmə
- 16. İdarəetmə üzrə digər xüsusi sifarişli məsləhətlər
ABTM-nin məsləhət xidmətlərinin xüsusiyyətləri:
- qabaqcıl beynəlxalq təcrübəyə əsaslanma;
- məsləhət xidmətlərinin seminar, təlimat və kompüterlərlə müşayiət
- olunması;
- tətbiqin monitorinq olunması;
- xidmətin müşayiət edilməsi.