AB Qala xəritədə

AB Qala

Mir-Mustafaxan küçəsi, Lənkəran, 22 AZ4200 *** 1 səs

AB Qala haqqında

"AB Qala" oteli Azərbaycanın cənub subtropik zonasının ən böyük şəhəri Lənkəranda yerləşir. Otel bir nəfərlik, iki nəfərlik və lüks sinif otaqların da daxil olduğu 56 nömrədən ibarətdir. Otelin daxili dizaynı və nömrələr, onun "təbiət qoynunda şəhər rahatlığı" konsepsiyasını tamamlayır. "AB Qala" otelinin bütün nömrələrində çoxkanallı kabel televiziyası, kondisioner, mini-bar və bir çox başqa şeylər var.Otel təkcə müasir dizaynı ilə deyil, həm də xidmətin yüksək səviyyəsi ilə seçilir. Otelin avropa standartlarına cavab verən xidmətləri və infrastrukturu onu ilin istənilən fəsli qonaqların dincəlməsi üçün rahat edir."AB Qala" şəhərin mərkəzində yerləşir, lakin otelin qonaqlarını dənizkənarından, mənzərəli göldən, iti axan dağ çayından və ya meşə massivindən cəmi bir neçə dəqiqə ayırır - hər şey sizin hansı məkanı seçəcəyinizdən asılıdır.

AB Qala oteldə otaqlar və qiymətlər

Otağın növü Qiymət
Single Type- I  50.00 AZN
Single Type- II  35.00 AZN
Double Type- I  70.00 AZN
Double Type- II 50.00 AZN
Double E/B Type- I    85.00 AZN
Double E/B Type- II  75.00 AZN
Twin Type- I  80.00 AZN
Twin Type- II  60.00 AZN
Triple  90.00 AZN
S.Suite Type-I+  150.00 AZN
S.Suite Type- I    130.00 AZN
S.Suite Type- II               110.00 AZN
Ex. Suite  250.00 AZN 

 

AB Qala Lenkəran

  • Turistik ekskursiyalar və bələdçinin xidmətləri;
  • Tərcüməçinin xidmətləri;
  • Taksi;
  • Bank xidmətləri;
  • Poçt xidmətləri;
  • Bağlı hovuz;
  • Trenajor zalı;
  • Sauna;
  • Çamaşırxana.

Otel ilin istənilən fəsli qeyri-adi landşaftlara, dağlara, meşələrə, çaylara və digər gəzməli-görməli yerlərə ekskursiyalar təklif edir. Bundan əlavə hər həftəsonu balıqçıları və ov həvəskarlarını təbiətin qoynuna dəvət edirik.

Restoran və bar

"Qala" restoranı 120 nəfər üçün nəzərdə tutulub. Restoranın menyusuna avropa mətbəxi ilə yanaşı, Lənkəran zonasının ənənəvi yeməklərinin də olduğu azərbaycan milli xörəkləri daxil edilib. Biz sizi həm də orijinal kokteylər dadmağa, ya da fortepiano musiqisinin sədaları altında bir fincan çay və ya qəhvə içmək üçün otelin barına dəvət edirik. Elə yaxınlıqdaca bilyard zalı yerləşir.

Konfrans-zal və biznes-mərkəz

Otelin qapıları həm turistlər, həm də iş adamları üçün açıqdır. 55 nəfər üçün nəzərdə tutulmuş böyük konfrans-zal və bütün lazımi ofis avadanlığı - kompüter, printer, internetə çıxış, faks və telefon bağlantısı ilə təchiz olunmuş biznes-mərkəz də sizin xidmətinizdədir. Otelin içərisində isə "Bank Standard"ın bütün növ bank xidmətləri göstərən filialı yerləşib.