Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü prinsiplərinə əsaslanır. İnsan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə cinayət olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə əhalinin, xüsusilə gənc nəslin bu barədə məlumatlanması böyük əhəmiyyət kəsb edir.
ELSA Azərbaycan tərəfindən həyata keçirilən "İnsan alverinə Son!" forumunda siz insan alveri ilə mübarizə tədbirləri, statistika, bu sahədə mövcud qanunvericilik, insan alveri qurbanlarına dəyən zərər, onların cəmiyyətə reabilitasiyası üçün görülən tədbirlər barədə ətraflı məlumat əldə edəcəksiniz.
Forumun agendası:
1-ci hissə : Açılış
2-ci hissə : Təlim
Burada qeydiyyatdan keçə bilərsiniz.