Xəzər Beynəlxalq Qablaşdırma,Tara, Etiket və Poliqrafiya Sərgisi

Xəzər Beynəlxalq Qablaşdırma,Tara, Etiket və Poliqrafiya Sərgisi
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 21 May Bitmə tarixi: 23 May

Son on doqquz il ərzində müstəqil ölkə kimi inkişaf edən Azərbaycan Respublikası həm regionda, həm də beynəlxalq müstəvidə mühüm yer tutur.
Azərbaycan Respublikası sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında 39 ikitərəfli saziş, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında isə 39 beynəlxalq saziş imzalamışdır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. Azərbaycan Respublikası birdən-birə 64 yeri adlayıb keçərək misli görünməmiş sıçrayış etmiş və 97-ci yerdən 33-cü yerə yüksəlmişdir. Dünya ölkələri arasında əlverişli biznes mühitinin yaradılması üzrə reytinqi müşayiət edən on göstəricidən yeddisi üzrə islahatlar həyata keçirilmişdir. Hal-hazırda, Azərbaycan Respublikası dünyada ən yüksək inkişaf dinamikasına malik iqtisadiyyatı olan bir ölkədir.

Son on il ərzində Azərbaycanın iqtisadiyyatı 1000%-dən çox artmışdır. Bu, keçid dövrünü yaşayan ölkələr arasında iqtisadi dirçəlişin ən parlaq nümunələrindən biridir.

Tikinti kimi sahələrin sürətlə inkişafı qablaşdırma sənayesi üçün böyük təkan verir. Bundan əlavə olaraq, xidmət sektorunun inkişafı qablaşdırılma və etiket istehsalının təkmilləşdirilməsini daimi tələb edir.

Ipack Caspian 2014 sərgisi
- "Ipack Caspian 2014 sərgisi bir çox sənaye sahəsini təmsil edən mütəxəssis və sahibkarların, habelə qablaşdırma sahəsinin istehsalçı və istehlakçılarının maraqlarını birləşdirir.
- "Ipack Caspian 2014 sərgisi Azərbaycanda qida sənayesinin ən böyük sərgisi olan "WorldFood Azerbaijan 2014" ilə eyni vaxtda keçiriləcək.

Sərginin bölmələri:
- Qablaşdırma istehsalı üçün qablaşdırma maşınları və avadanlıqları;
- Məhsulların qablaşdırılması üçün texnoloji xətlər;
- Qablaşdırma məmulatlarının istehsalı və layihə tərtibatı (dizaynı) üzrə maşın və avadanlıqlar;
- Qablaşdırma və tara istehsalı üçün xammal və yarımfabrikatlar;
- Qablaşdırma materialları və hazır məmulatlar;
- İkinci qat qablaşdırma, habelə ikinci qat qablaşdırmanın istehsalı üçün xammal və avadanlıqlar;
- Nişanlama və ştrix-kodlaşdırma texnologiyaları;
- Qablaşdırmanın üzərində yazı çap etmək üçün avadanlıq;
- Laklama, boyama, nişanlama və fleksoqrafik çap;
- Etiket sənayesi üçün maşın, avadanlıq və texnologiyalar;
- Etiket istehsalı üçün xammal və materiallar;
- Etiket məhsulları;
- Xidmət avadanlığı, komplektləşdirici hissələr və avtomatlaşdırma vasitələri.

Mənbə