“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “GREEN” layihəsinə start verir. SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaqdır.
Layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
İştirakçıların seçim meyarı :
İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən SAY hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün həyata keçirmişdir.
Layihə üzrə əlaqələndirici şəxs: Aydan Qasımova
Telefon : +994553277504
Email: aydan.gasimova@ireli.az