Mülki, Əmək, Ailə və Mənzil Məcəllələri üzrə təlimlər

Mülki, Əmək, Ailə və Mənzil Məcəllələri üzrə təlimlər
Məkan:

Vəkil Bürosu

Başlanma tarixi: 01 Oktyabr Bitmə tarixi: 30 Noyabr

“Vəkil Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyri-hüquqşünasların hüquqi maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirir və qısa müddətli hüquqi təlimlərə başlayır.

Təlimlər Mülki Məcəllə, Ailə Məcəlləsi, Əmək Məcəlləsi və Mənzil Məcəlləsi üzrə keçiriləcək. Hər kəs seçdiyi Məcəllə üzrə təlim kurslarına qeydiyyata düşə bilər. Kursun müddəti həftədə iki dəfə saat yarım olmaqla 2 (iki) ay davam edəcək.

Mülki Məcəllə kursu üzrə aşağıdakı mövzular tədris olunacaq:

  • Mülki hüquq və vəzifələr, onların müdafiəsi
  • Fiziki və hüquqi şəxslər
  • Əmlak və əşya hüququ
  • Girov və ipoteka hüququ
  • Müddətlər (iddia müddəti)
  • Müqavilə hüququ
  • Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər
  • Vərəsəlik hüququ

Ailə Məcəlləsi kursu üzrə aşağıdakı mövzular tədris olunacaq:

  • Nikahın bağlanması və nikaha xitam verilməsi
  • Ər-arvadın əmlakının qanuni rejimi
  • Ər-arvadın mülkiyyətinin müqavilə rejimi
  • Ailədə uşaqların hüquqları
  • Ailə üzvlərinin aliment öhdəlikləri
  • Ailənin başqa üzvlərinin aliment öhdəlikləri
  • Alimentin ödənilməsi və tutulması qaydası
  • Övladlığa götürmə

Əmək Məcəlləsi kursu üzrə aşağıdakı mövzular tədris olunacaq:

  • Əmək müqaviləsi (Əmək müqaviləsinin bağlanması əsasları və qaydası)
  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydası
  • İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
  • Əməyin ödənilməsi normaları
  • İşəgötürənin və işçinin qarşılıqlı məsuliyyəti
  • Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar
  • Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti
  • Fərdi əmək mübahisələrinin həlli qaydaları

Mənzil Məcəlləsi kursu üzrə aşağıdakı mövzülar tədris olunacaq:

  • Mənzil qanunvericiliyi
  • Mənzil hüququnun obyektləri. Mənzil fondu
  • Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
  • Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması
  • Mənzil sahələrinə mülkiyyət və digər əşya hüquqları
  • Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələri
  • Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və fəaliyyəti
  • Çoxmənzilli binanın idarə edilməsi

Təlimlər oktyabrın 1-dən başlayır və ödəniş hər ay üçün 100 AZN təşkil edir.

Dərslər “Vəkil Bürosu” şirkətinin ofisində peşəkar hüquqşünaslar tərəfindən keçiriləcək.
Təhsilindən asılı olmayaraq hüquq sahəsi ilə maraqlanan hər kəs təlimdə iştirak edə bilər.
İştirakçılara sertifikat veriləcək.
Yerlər məhdudur. İştirak etmək istəyənlər 30 sentyabr 2015-ci il tarixədək aşağıdakı telefon və ya e-mail poçtu vasitəsilə əlaqə saxlayıb qeydiyyata düşə bilərlər.

Ünvan: Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93, 4-cü mərtəbə, 2-ci otaq (Torpaq komitəsinin yanındakı “Azəraqrartikinti”nin binası)
E-mail: aliyevaarzu @gmail.com
Əlaqə tel.: (012) 408-92-96
                  (055) 694-23-12

Mənbə