Azərbaycanda bu sahənin mütəxəssislərini və sahəyə marağı olan insanları bir araya yığmaq üçün hesabat və təcrübə mübadiləsi formatında keçiriləcək tədbir.Peşəkar kadrlara ehtiyacın gündən günə daha da artdığı iqtisadi şəraitdə, ölkəmizdəİnsan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqləri kimi mövzuların haqqın yerli mütəxəssislərin öz təcrübələrini bölüşəcəyi İlk Milli İnsan Resursları Forumu (MİRF)keçiriləcəkdir.
Milli Insan Resursları Forumunun təşkilat komitəsinin ideyası əsasında, Facemark.az-ın media dəstəyi ilə baş tutacaq Milli İnsan Resursları Forumu (MİRF) bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən keçirilir. Forumun əsas məqsədi insan resursları sahəsindəki yerli təcrübələrin paylaşılması, bu sahədə olan problemlərin ictimailəşdirilməsi və həlli üçün peşakar müzakirələrin təşkil olunmasıdır.19 Dekabr 2015-ci il tarixində 1 günlük keçiriləcək forum, hər birində 1moderator, 5 spiker olan 3 paneldən ibarət olacaqdır. Foruma insan resursları sahəsində çalışan peşəkarlar, təlimçilər, tədris mərkəzləri işçiləri, bu sahə üzrə təhsil sistemi işçiləri və yeni çalışmağa başlayanlar və karyerasını bu sferada qurmağa marağı olanlar dəvətlidir.
Forumun twitter həştəqi #mirf2015 olacaq. Həştəqi istifadə edərək forumdan əvvə və forum boyunca öz fikirlərinizi və suallarını bölüşə bilərsiniz.Keçiriləcək tədbirin biletlərini 055-669-03-17 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Spiker və moderatorlar
MİRF2015-in spiker və moderatorları ilə daha yaxından tanış olaq. Xatırladaq ki, spikerlərimiz yerli bazarda uğur qazanmış mütəxəssislər olmaqla real keyslərlə çıxış edəcək. Toplam 3 panel və 15 spikerin çıxışı nəzərdə tutulub.