Marqret Ayxerin sərgisi

Marqret Ayxerin sərgisi
Məkan:

Yay Gallery

Başlanma tarixi: 29 Yanvar Bitmə tarixi: 19 Mart

YAY qalereyası böyük məmnuniyyətlə 2015-ci ilin ilk sərgisi – Almaniyalı Marqret Ayxerin fərdi sərgisini elan edir. Marqret Ayxer qobelenlə işləmək üzrə ixtisaslaşmış konseptual alman rəssamıdır. Marqret öz geniş miqyaslı qobelenləri ilə məşhurdur, burada o barka bədiiliyi ilə bizim informasiya cəmiyyətinin tanış və məlum rəmlərini uyğunlaşdırır. Onların mərkəzi motivləri müxbir rəsmlərinin və çap və rəqəmsal nəşrlərin reklanının faktiki obrazlarına aiddir. Müasir informasiya cəmiyyətinin şəkilləri ən fərqli ictimai mənbələrə əsaslanan, konseptual qaydada obrazların piratlığına əsaslanaraq burada toplanmışdır. Onun yaradıcılığı öz üslübuna görə klassiki ənənələrin müasir ənənələr ilə qarışığı, sintezi və simbozudur. Bu keyfiyyət onun qobelenlərini aktual edir.

Onun rəssamlıq mövqeyi yaradıcılıqdan çox resipiyent yaradandır.Obrazlardan xüsusi istifadə vasitəsi ilə, rəssam mədəni, və ya siyasi rəylər təqlid edir.Mədəni – rəssamlıq aktı kimi, “iqtibas” öz mənbəyini kollajlar və montajda XX yüzilliyin başlanğıcından götürür. Marqretin işlərində o, tənqidi və siyasi mövqeləri təqlid edir.

Öz qobelenlərində rəssam şpalerin əsas qanunlarına tərəfdar çıxır. Tarixi və ənənəvi funksional simvollarına və semantikasına  müvafiq olaraq formalaşdırılmış mərkəzi kompozisiyaların haşiyəsindən kənara çıxmayaraq, Ayxer müasirliyin notlarını təsdiq olunmuş formaya (trafaretə) tətbiq edir.

Marqret Ayxerin qobelenləri heç də bahalı əl işi deyil, yüksək texnoloji sənaye məhsullarıdır. Saray qobelenlərinin vətəni olan Finlandiyada, toxuculuq sənayesi beynəlxalq bazarda suvenir məhsullarına olan tələbata görə köhnə nümunələrin surətinin hazırlanması ilə sıx məşğuldur.Rəssam  qəsdən ənənəvi və bahalı manufakturalı işlərin əvəz olunmasına üstünlük verir, belə ki bu ənənə saxtakarlığı müəllif hüquqlarından kollektiv istifadə əsasında bizim dövr üçün səciyyəvi olan əyləncə nümunəsidir.