Başlanma tarixi:
29 Avqust
Bitmə tarixi:
30 Avqust
Layihə idarəçiliyi artıq yalnız tikinti mühəndisləri və hərbi qüvvələrin maddi-texniki təchizat mütəxəssisləri üçün nəzərdə tutulmur. Hazırki dövrdə işinizin müntəzəm vəzifələrindən başqa sizdən çox vaxt əlavə tapşırıqların yerinə yetirilməsi də gözlənilir. Təbii ki, siz bu işləri vaxtında yerinə yetirməli və şirkətin xərclərini aşmamalısınız.
Bu təlimdə sizinlə layihə idarəçiliyində prioritetlərin qurulmasından işlərin planlaşdırılmasına, xərclərin nəzarətindən nəticələrin hesabatına qədər bir çox mövzu haqqında danışacaq və praktiki çalışmalar edəcəyik. Gözlənilməz hallara daha hazırlıqlı olacaq və layihələrinizi uğurla icra edə biləcəksiniz.
Corc Vaşinqton Universiteti - Layihələrin İdarəetməsi üzrə Maqistr
Müvafiq Dərslər: Layihələrin İdarəedilməsi, Planlaşdırma, Xərclərə Nəzarət, Risk Menecmenti, Layihədə liderlik və ünsiyyət, Keyfiyyət menecmenti, PM proqramlar, PMP Exam Prep.
Şərqi Tennessi Dövlət Universiteti- Dövlət İdarəçilik üzrə maqistr dərəcəsi
Konsentrasiya: İqtisadi İnkişaf və Planlaşdırma
Tezislər: Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki potensialı və İqtisadi İnkişaf Problemləri
Müvafiq Dərslər: Dövlət İdarəçiliyi, Cəmiyyətdə Şəxsiyyətin Menecmenti, İctimai-Təşkilati Nəzəriyyəsi, İctimai Büdcə və Maliyyə, İctimai Siyasət Təhlili, Yerli və Bölgələr planlaşdırmaları, Dövlət İdarəetmə Stajı, Şəhərsalma Nəzəriyyəsi, İqtisadi İnkişaf və Planlaşdırma, Hökümət Maliyyəsi və İctimai Seçki və s.
1. Certified PMP® 2. Azərsu ASC Təlim Mərkəzi Direktor
Tədris sisteminin yaradılması üzrə layihənin idarə olunması (11 000 nəfər)
Təlimin ehtiyaclarının müəyyənləşdirilməsi, mühəndislər üçün təlim proqramlarının hazırlanması və keçirilməsi
Tədris Mərkəzinin tikilməsi layihəsinin nəzarəti
3. Layihələrin İdarəedilməsi Məktəbi. BP, ESI International, Xəzər Universitetinin layihələri.
Proqram Meneceri: Layihənin İdarəetməsi, Proqram İdarəetməsi, büdcə tərtibatı, planlaşdırma, hesabat, satınalma, danışıqlar
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı Tədqiqat və İnkişaf Mərkəzi Resurslar şöbəsinin və Xüsusi layihələr üzrə aparıcı mütəxəssis .
Layihə: bankçılıq veb səhifəsi üçün konsepsiyanın tərtibatı
5. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə Sisteminin İnkişafı Layihəsi 6. Bakcell Sadiqlik layihəsi 7. Embawood, Establishment of Corporate PMO, Qazaxıstan Mebel Fabriki Tikintisi (sahəsi təxminən 10.000 kv. metr), Xırdalan Mebel Fabrikasının yenidən qurulması (sahəsi təxminən 10.000 kv. metr)