İnvestorlar Yarmarkası

İnvestorlar Yarmarkası
Məkan:

Bulvar Oteli

Başlanma tarixi: 09 Oktyabr Bitmə tarixi: 09 Oktyabr

Azərbaycana xarici investorların cəlb edilməsi və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrinin təqdim etmək məqsədilə 9 oktyabr, 2015-ci il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Bakı Bulvar Hoteldə 4-cü İnvestorlar Yarmarkasının keçirilməsi planlaşdırılır.

Bir gün davam edəcək tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, Bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənlir. Bundan əlavə ikinci hissədə Maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.

Məlumat üçün bildirmək istərdik ki, konfrans iki dildə (azərbaycan-ingilis, ingilis-azərbaycan) keçiriləcəkdir. Hər iki dilə sinxron tərcümə təmin ediləcəkdir.

Ətraflı məlumat əldə etmək yaxud hər hansı bir sualınız yaranarsa xanım Zinət Sadıqova ilə amfa@amfa.az yaxud (+99412) 437-16-45 telefonuna zəng vuraraq əlaqə saxlaya bilərsiniz.

Mənbə