''Hüquqi biliklərin əsası'' kursu

''Hüquqi biliklərin əsası'' kursu
Məkan:

Vəkil Bürosu

Başlanma tarixi: 01 İyul Bitmə tarixi: 30 Avqust

Qeyri-hüquqşünaslar üçün “Hüquqi biliklərin əsası” adlı 1 illik tədris kursu fəaliyyətə başlayır.

Cəmiyyətin hüquqi savadlanması zəruriyyətini nəzərə alaraq “Vəkil Bürosu” şirkəti tərəfindən təşkil olunan bu kurs hüquqşünas olmayan insanların maarifləndirilməsi üçün nəzərdə tutulub.

  • Kursda əsasən Mülki, Cinayət, Ailə, Mənzil, Əmək Məcəllələri və hüququn digər sahələri tədris olunacaq.
  • Təhsili, peşəsi, iş sahəsi və yaşından asılı olmayaraq hüquq sahəsi ilə maraqlanan hər kəs təlimdə iştirak edə bilər.
  • Dərslər peşəkar hüquqşünaslar tərəfindən tədris olunur.
  • Kursu uğurla bitirənlərə diplom təqdim olunacaq.
  • Kursu bitirən iştirakçılar müstəqil olaraq məhkəmələrdə və hüquq-mühafizə orqanlarında özlərinin və yaxınlarının hüquqlarını müdafiə edə biləcəklər.
  • Dərslər 2015-ci il sentyabrın 1-dən başlayacaq.
  • İştirak etmək üçün qeydiyyat 30 avqust 2015-ci il tarixədək davam edəcək.
  • Təhsil haqqı: ayı 100 AZN təşkil edir.
  • Dərslər həftədə iki dəfə, hər dərs saat yarım olmaqla “Vəkil Bürosu” MMC-nin ofisində tədris olunacaq.

Maraqlananlar “Vəkil Bürosu” şirkəti ilə əlaqə saxlaya bilərlər (Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93, Dövlət Torpaq Komitəsinin yanındakı bina, 4-cü mərtəbə, 2-ci otaq).

E-mail: aliyevaarzu@gmail.com