Fəxriyyə Məmmədovanın fərdi sərgisi

Fəxriyyə Məmmədovanın fərdi sərgisi
Məkan:

Yay Gallery

Başlanma tarixi: 21 Aprel Bitmə tarixi: 05 İyun

YAY Gallery aprelin 21-dən iyunun 5-ə kimi fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın fərdi sərgisini təqdim edəcək. Təhsili üzrə keramikaçı və dizayner olan F.Məmmədova – Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin Azərbaycanın müasir incəsənət xadimlərini birləşdirən “Zamanın Qanadları” assosiasiyasının üzvüdür. 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanının keçirdiyi layihələrin iştirakçısıdır. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, həmçinin xırdalıqlardakı gözəlliyi və əhəmiyyəti ortaya çıxara bilmək bacarığı ilə bərpaçıya xas diqqətcilliyə malik xüsusiyyəti onun yaradıcılıqdakı inkişafı üçün qeyri-məhdud perspektivlər yaradıb.

"Dua*s" sərgisi yalnız hər günkü həyatın rakursları, detalları ilə deyil, həm də maraqlı işləmə texnikası ilə cəlbedicidir. Fəxriyyə fotoslaydları şəffaf kuba əridib qatır və onlar bir-birilərilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.

Bizi əhatə edən dünyada hər bir element, hər bir cizgi əhəmiyyətli ola bilər, bunun üçün gərək ona başqa bucaqdan baxasan. Getdikcə tezləşən zaman daxilində baş verən nəhəng informasiya axınında gözəl anı tutmaq hərdən olduqca çətin olur. Əslində isə hər şey sadədir! "Dua’s" layihəsində F.Məmmədova öz modelini təqdim edir. Onun işlərində zaman sanki “sehrli mücrülər”də qorunur – o, çoxahənglidir, çoxtəbəqəlidir, o, baxış bucağından asılı olaraq, işıq və çalarlarla bərq vurur. İşlər məcbur edir ki, “fon” və “fiqurun” yalnız bizim idrakımızın seçimi olduğu haqqında fikirləşəsən. Əks tərəfdən daxil olmaq kifayətdir – və an yeni çalarlarla parıltı saçmağa başlayacaq.

2000-ci ilin əvvəllərindən F.Məmmədovanın işləri, Azərbaycanın müasir incəsənətinə dair bütün vernisajlarda öz yerini inamla tutub. 2011-ci ildən Fəxriyyə YARAT Müasir İncəsənət Məkanının layihələrində iştirak edir. “Fly to Baku” sərgiləri arasında, 2013-cü ildə o, 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil edib.

F.Məmmədovanın işləri müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənib.

Qalereyanın iş saatları: çərşənbə axşamı 12:00-dan 20:00-a qədər.

Mənbə