Layihə: şəkil sərgisi, hər bir şəklin müəllifliyi iki rəssama aiddir. Layihənin iştirakçıları: rəssam Avtandil Qurqenidze (Tbilisi, Gürcüstan), rəssam Qriqoriy Apsiauri (Tbilisi, Gürcüstan).
Layihənin məzmunu: iki rəssam tərəfindən çəkilmiş şəkil sərgisi (1996-2015 illərində çəkilən). Sərgi Meteo adlı layihə haqqında filmlə müşayiət olunacaq. Bu rəssamlardan hər biri çox maraqlı və qeyri-adidir. Gürcüstan və Avropada bir çox sərgilər keçirmiş məşhur müəlliflər ilk dəfə olaraq Bakı sakinlərinə "Dialoq" adı altında ümumi layihə təqdim edəcək.
Avtandil Qurqenidze və Qriqoriy Apsiauri Gürcüstanda anadan olmuş və boya başa çatmışlar. Elə orada da sənətə olan sevgini hiss etməyə başlamışlar. Onlar uzun diskusiya aparmağı sevirlər.
Avtandil Qurqenidze və Qriqoriy Apsiauri birlikdə ən qlobal ümumi layihələrdən biri, Meteo layihəsini həyata keçiriblər: onlar Kazbek dağının zirvəsində meteostansiyalar çəkiblər. Bu layihə haqqında video material "Natavan" qalereyasında keçirilən "Dialoq" sərgisində göstəriləcək.