CIPS Caspian 2015

CIPS Caspian 2015
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 21 Oktyabr Bitmə tarixi: 24 Oktyabr

Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi СIPS Caspian- Azərbaycan və Cənubi Qafqaz regionunda təhlükəsizliyə həsr olunmuş ən nüfuzlu beynəlxalq ixtisaslaşdırılmış sərgidir. CIPS Caspian təhlükəsizlik sistemi sərgisi işgüzar ünsiyyət, malların təşviqi və bazarın öyrənilməsi üzrə dünyada qəbul edilmiş meydança sayılır.

CIPS Caspian cəmiyyətdə və bütün regionda stabilliyin saxlanması üzrə müasir yanaşmaları nümayiş etdirən, hər il daha aydın və tələb olunan sərgi tədbirinə çevrilməkdədir. Sərginin iştirakçıları ən yeni avadanlıq nümunələri ilə, müasir texnologiyalarla, mühafizə televiziyası sahəsində ən son nailiyyətlər və layihə işləri ilə, girişə nəzarət, qəza və xilasetmə texnikası ilə tanış olmaq və qarşılıqlı işgüzar əlaqələr qurmaq üçün unikal imkanlara malikdir.

“CIPS Caspian 2015” sərgisinin üstünlükləri:

  • Regionda yeganə peşəkar sərgi;
  • Regionda ən böyük “İnşaat” sərgisi (“BakuBuild”) ilə paralel keçirilir ki, bu da hər iki sahənin mütəxəssislərinə işgüzar əməkdaşlıq üçün unikal imkanlar yaradır;
  • Qısa müddət ərzində bazarın maksimum əhatə olunması - sənaye peşəkarları və korporativ sifarişçilərlə 4 gün ərzində intensiv görüşlər və danışıqlar;
  • Yekun məhsulların aparıcı istehsalçıları və yeni müştərilərlə tanışlıq;
  • Mövcud əlaqələrin yenilənməsi və gələcək biznes əlaqələri üçün yeni platformaların hazırlanması.
  • Bu sahədə son hadisələrin işıqlandırılması
  • Sektorun yeniliklərinin müzakirə edilməsi

Təhlükəsizlik sərgisi CIPS Caspian, sektorun bütün seqmentləri müşayiət edir və 2015-ci ildə yenidən Xəzər regionunda yeganə görüş yeri olacağını təmin edir.

Sərgi bölmələri

Təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr

  • Kompleks təhlükəsizlik sistemləri;
  • Mühafizə siqnalizasiyası və həyəcan xəbərdarlığı sistemləri;
  • Girişə nəzarət və idarəetmə sistemləri;
  • Mühafizə qurğuları /konstruksiyaları;
  • Rabitə avadanlığı və sistemləri;
  • Fərdi təhlükəsizlik vasitələri;
  • Xüsusi nəqliyyat;
  • Terror əleyhinə mühafizə və axtarış-yoxlama avadanlığı;
  • Yüklərin, sərnişinlərin və nəqliyyatın təhlükəsizliyi;
  • Sənaye casusluğu əleyhinə tədbirlər.

Mühafizə televiziyası və müşahidə sistemləri

  • Analoqlu və rəqəmsal video-müşahidə kameraları;
  • Kameralar üçün optik cihazlar;
  • Nəzarət təyinatlı tele-/video-avadanlıqlar /monitorlar;
  • Sürətli (kamuflyaj) qalpaqlı videokameralar;
  • Video-informasiyanı və televiziya siqnalını qəbul/təhlil/qeyd edən aparatlar;
  • Analoqlu video-registratorlar (video-qeydiyyat cihazları);
  • Rəqəmsal video-registratorlar (video-qeydiyyat cihazları);
  • Multipleksorlar (bir neçə siqnalı eyni vaxtda qeyd edən qurğular);
  • Şəbəkə video-registratorları (video-qeydiyyat cihazları);
  • Video-müşahidə üçün İP protokolundan istifadə edən rəqəmsal veb-kameralar;
  • İP serverləri;
  • Nömrə nişanlarının tanınması üçün proqram təminatı və sistemlər;
  • Video-müşahidə prosesinin idarə olunması üçün proqram təminatı / televiziya kamerası vasitəsi ilə müşahidə /video-təsvirin yavaşıdılması və böyüdülməsi;
  • İnfraqırmızı təsvir, gecə vaxtı müşahidə aparmaq üçün video-kameralar / video-sistemlər;
  • Yol hərəkətinə nəzarət etmək üçün video-müşahidə sistemləri;
  • Əlavə avadanlıqlar /ləvazimatlar.

Yanğın təhlükəsizliyi. Qəza-xilasetmə texnikası. Əməyin mühafizəsi.

  • Qəza-yanğın həyəcanı sistemləri;
  • Avtomatik yanğınsöndürmə sistemləri;
  • Həyat fəaliyyətinin təmin edilməsi üçün sistemlər;
  • Yanğın əleyhinə qəbul-nəzarət cihazları;
  • Yanğın siqnalizasiyaları;
  • Yanğın zamanı istifadə olunan odsöndürənlər;
  • Od söndürən reagentlər;
  • Oddan və partlayışdan qoruyan materiallar;
  • Avtomatik yanğınsöndürmə qurğuları, robotlar;
  • Yanğınsöndürmə inventarı və avadanlığı;
  • Qəza-xilasetmə avadanlığı;
  • Xüsusi geyimlər.


Məlumatların mühafizəsi. Mikro-prosessorlu "smart" kartlar. İdentifikasiya texnologiyaları. Bank avadanlığı.

  • İdentifikasiya texnologiyaları: Radiotezlik identifikasiyası (RFİD), Biometrik identifikasiya (insanın anatomik quruluş vasitəsi ilə tanınması);
  • Autentifikasiya texnologiyaları;
  • Kartların istehsalı, şəxsiləşdirilməsi və işlənib-hazırlanması;
  • Bankomatlar, terminallar, karta daxil edilmiş informasiyanı oxuyan cihazlar;
  • Bank avadanlığı;
  • Məlumatların mühafizəsi üçün texniki vasitələr;
  • İnformasiya texnologiyaları və təhlükəsizlik;
  • Proqram təminatı.

Mənbə