Başlanma tarixi:
01 Avqust
Bitmə tarixi:
30 Avqust
Young Business Factory - Marketinq sahəsində təkmilləşdirilmiş kurs.
Bazarda gərgin rəqabət mühitində şirkətlərin fərqlənmək və ayaqda qalmaq üçün bir sıra biznes taktikalar, strategiyalar tətbiq etməkdədir. Bu mənada marketinqin bu istiqamətdə rolu əsas sayılır. Satışın stimullaşdırılması, müştəri məmnuniyyətinin və loyallığın təmini, şirkətin etibarlı imicinin formalaşması birbaşa olaraq Marketinq fəaliyyətinə bağlıdır. Bu cür əhəmiyyətli və strateji mövqedə marketinqin təşkili də peşəkarca olmalıdır. Peşəkar marketinq mütəxəssislərinin hazırlanması və kadr bazarında rəqabətqabiliyyətli ekspert kimi formalaşması üçün bu kurs əvəzsiz rol oynayır. Kurs ərzində yerli və xarici marketing sferasından real keyslər, simulasiya oyunları, quiz və workshop`larla zənginləşdirilmişdir.
Təlim Marketinq sahəsi üzrə ixtisaslaşmaq istəyən tələbələr, məzunlar, bu sahədə çalışan və maraq göstərən şəxslər üçün nəzərdə tutulub.
Keçiriləcək Tarix və vaxt : 1, 2, 8, 9, 15, 16, 22, 23, 29, 30 Avqust / 18:30 – 21:00
Təlim Azərbaycan dilindədir.
"Young Business Factory – Business School of Marketing" ödənişi sadəcə: 120 Azn
Marketinq üzrə mütəxəssis, biznes təlimçi. 8 ildir marketing sahəsində fəaliyyət göstərir. 2010-cu ildən etibarən peşəkar təlimçiliklə məşğuldur. Bolqarıstan, Gürcüstan və Türkiyədə marketinq və reklam sahələri üzrə çalışıb. Azərbaycanda bir sıra şirkət və dövlət qurumlarına koorporativ təlimlər, həmçinin konsultasiyalar verib. “American Marketing Assocation”, “USA Direct Marketing Association” və “USA Business Marketing Association” üzvüdür. Türkiyənin Boğaziçi Universiteti və Sabancı Universitetində ixtisas artırma kursunu fərqlənmə ilə bitirmişdir. The Wharton School of the University of Pennsylvania, Duke University, University of Illinois, Russia National Research University Higher School of Economics tərəfindən keçirilən marketinq və biznes üzrə distant kursları yüksək nəticə ilə bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində marketinq üzrə mütəxəssis vəzifəsində çalışır və 3 yerli şirkətə marketinq konsultasiya xidməti göstərir.
Modul 1 - Marketing`ə başlanğıc
Məhsul, xidmət və ideya
Bazar mühitinin və istehlakçıların dərk olunması
Lokal və Beynəlxalq marketing
Yeni marketing erası: dəyərlər və trendlər
Strategiya, Taktika, Missiya, Vizyon
Şirkət daxilində marketinqin funksiyası və şöbələrarası tərəfdaşlıq
Modul 2 - Marketinq mühiti
Şirkətin mikro və makro mühiti
Xarici mühitinin təhlili
PEST analizi
Rəqiblərin təhlili
Porter`in 5 gücü modeli
ADL Matrix
Bazar trendlərinin yaradılması
Marketinq vasitəçiləri
Müştəri seqmentləri və mənsubluğun qurulması
İstehlakçı davranışının modeli və təsiredici amillər
Modul 3 - Daxili mühitin təhlili
McKinsey 7S modeli
BSG Matrix
GE Matrix
Qiymətqoyma qərarları və strategiyaları
Modul 4 - SWOT analiz
Daxili mühit amilləri – Şirkətin güclü və zəif tərəfləri
Xarici mühit amilləri – Şirkətin imkanları və qarşılaşa biləcək təhlükələr
Marketinqdə paylama kanalları və tədarük şəbəkələrinin menecmenti
Marketinq loqistikası
Modul 5 - Marketing plan və panlaşdırma
Marketing planın üçün informasiya toplanması
Marketing planların strukturu
Marketing planlaşdırmanın hazırlanması
Marketing planlaşdırma dövrü və icraya nəzarət
Modul 6 - Management
Brand arxitektura və Strateji brand menecment
Brand dəyəri və loyallığı
Loqotip və əmtəə nişanı
Brandin siması
Brandbook nədir və necə yaradılır
Korporativ stildə minimum şərtlər
Rənglərin xarakteri
Şəxsi branding
Umbrella branding, CoBranding, Multiple Branding, Brand House
International Branding
Modul 7 - Seqmentasiya, hədəfin seçilməsi və mövqeylənmə
İstehlak bazarın seqmentləşdirilməsi
Biznes və beynəlxalq bazarların seqmentləşdirilməsi
Seqmentləşdirmə və tələblər
Hədəf marketinqi
Bazarın qiymətləndirilməsi və hədəf seqmentin seçilməsi
Mövqeylənmə planı və strategiyanın təyini
Perceptual mapping
Modul 8 - Marketinq`də modern texnikalar
Word Of Mouth Marketing
Affiliate Marketing
Social Marketing
Guerrilla Marketing
Ambush Marketing
İnteqrasiya olunmuş marketinq kommunikasiyaları
Satışın həvəsləndirilməsi
Modul 9 - Reklam və PR
Reklamın məqsədi və tipləri
Reklam büdcəsinin təyini
Reklam strategiyasının işlənilməsi
Reklamlarda mətnlərin tərtibi qaydaları
AIDA modeli
Hədəfindən asılı reklamlar
Reklamlarda gizli texnikalar
Viral reklamlar
Neyromarketing
PR alətlər
Mediaplanın tərtibi
Modul 10 - Sosial mediada marketing
Sosial mediadan istifadə texnikaları
Sosial şəbəkə və sosial media
Sosial mediada effektiv iş
Optimal paylaşım vaxtı və mətnlərin tərtibi
Sosial şəbəkələrdə effektivliyin ölçülməsi
Əlavə məlumat və rezerv üçün: Young Business Factory Caspian Plaza III korpus, 14-cü mərtəbə