British Council və PAŞA Bank, məmnuniyyətlə Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.
2015-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar Böyük Britaniyada “Thomson Foundation” təşkilatı tərəfindən təşkil edilmiş Təlim proqramında iştirak edəcəklər. Bildirmək istərdik ki, layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.
Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər.
Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:
Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:
Seçiləcək iştirakçılardan tələb olunanlar:
b) 2016-cı ilin mart ayında Birləşmiş Krallıqda Təlim proqramı
Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!
Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən yükləməlidirlər. Doldurulmuş ərizə formaları və CV-lər 2015-ci il 30 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidirlər. Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.